Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Görüş yeri: 9 May, Lenin adına sarayın qarşısı


Görüş yeri...
Gözlə
Embed

No media source currently available

0:00 0:03:05 0:00
Direct-ə keçid

9 may, Lenin Sarayının qarşısı.


ÜNVAN QALIR, ADI DƏYİŞİB

Onlar tələbəlik illəri ilə 20 ildən artıqdır vidalaşıblar. Amma hər il mayın 9-da bura – keçmiş Lenin adına, indiki Heydər Əliyev Sarayının qarşısına toplaşıb, tələbəlik illərini xatırlayır, tələbə yoldaşları ilə görüşürlər. Bir daha həmin illəri xoş xatirələrə yada salırlar. Bildirirlər ki, sonuncu kursda çəkdirdikləri şəklin - «venetka»nın sonuna "Görüş yeri : 9 May, Lenin adına sarayın qarşısı" yazdırıblar.

KEÇMİŞ MƏZUNLARIN XATİRƏLƏRİ...

İqtisadçılar, müəllimlər, kimyaçılar, mühəndislər və digər peşə sahibləri və müxtəlif universitet məzunları... Onların hər birinin üzündə gülüş, xoş xatirələrin izləri hiss olunur.

Keçmiş məzunlar tələbəlik xatirələrini AzadlıqRadiosu ilə bölüşürlər.

Memarlıq və İnşaat Universitetini 1983-cü ildə bitirən Nurməmməd Əkbərov sözə başlayır.

«SUPER SPOR»

«Yoldaşların çoxu adımı yaddan çıxarıb, hamısı məni «spor» adı ilə tanıyır. Bizim Hacızadə adlı bir müəllimiz var idi. Uşaqlar mənə dedilər ki, gör neyniyirsən? Mən də bu müəllimlə başladım «spor» eləməyə və sonda onun səhvini tutdum. Düzdür, dərsi yaxşı öyrənmişdim, amma bəxtim də gətirdi. Ondan sonra adım qaldı «super spor».

QORXUDAN DƏRSDƏ ÜRƏYİ GETDİ...

«Bizim bir fizika müəllimi var idi. Üzü çox zəhmli idi. Bir gün gəldi dərsə. Başladı nə isə yazmağa, və yaza-yaza da əli ilə bir qızı göstərib dedi ki, «qız sən gəl». Bir- iki dəfə deyəndən sonra başını qaldırdı ki, qızın qorxudan ürəyi gedib».

Azərbaycan Dövlət Dillər Universitetinin 1987-ci il məzunları isə bu gün daha çox narahat görünürlər. Təranə Ağazadə:

«1987-ci il məzunlarında cəmi üç nəfər gəlib. Biz də onlardan incimişik. Burdan səslənirik sizə, Xarici Dillər Universitetinin 1987-ci il 528, 529, 530-cu qrup tələbələri, biz sizi hər il burda gözləyirik».

İLLƏRİN FƏRQİ NƏDƏ GÖRÜNDÜ?

«Super spor» ləqəbli Nurməmməd Əkbərovsa indiki dövrü tələbəlik illəri ilə müqayisə edir:

«Bizim dövrümüzdə ədəb-ərkan var idi. Heç kim də başqasına yuxarıdan aşağı baxmırdı. Aramızda bir səmimiyyət, xoş münasibət var idi».

Məzunlar deyirlər ki, bir yerdə görüşəndə sanki yenidən cavanlaşırlar və tələbəlik illərindəki şıltaqlıqları təkrarlamaq istəyirlər. Onlar bu görüşlərini də bir xatirəyə çevirmək üçün şəkli çəkdirir, bir-biri ilə dhaa çox vaxt keçirməyə çalışırlar.

Azı 20 ilin məzunları ilə söhbətləşəndə diqqətimizi bir məqam çəkdi. Onların geyimləri, davranışları arasında illərin möhürünü vurduğu fərqlər aydın görünürdü. Ancaq bu fərq bu insanların keçmiş xatirələri səmimi, bərabər paylaşmasına mane ola bilmirdi...
XS
SM
MD
LG