Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:08

Suriyada qətl və həbslər davam edir


Suriyanın müxtəlif şəhərlərində nümayişçilərə qarşı hərbi əməliyyatlar davam etdirilir.

Homs və Herra şəhərlərində yaşayış məhəllələrinin tanklardan atəşə tutulduğu, azı 19 nəfərin öldürüldüyü xəbər verilir.

Həmçinin Türkiyə ilə sərhəddə yerləşən Aleppo şəhərində etiraz aksiyasının dağıdıldığı bildirilir.

Ölkə Paytaxtı Dəməşqdə isə müxalifət lideri Mazen Adinin həbs olunduğu xəbər verilir.

2005-ci ildə Suriyadan qaçmış keçmiş vitse-prezident Abdel Xalim Xaddam (Abdel Khalim Khaddam) Reutersə müsahibəsində deyib ki, öz xalqını qıran rejim legitim sayıla bilməz.

O qeyd edib ki, müəyyən bir anda vəziyyətə müdaxilə etmək lazım gələ bilər.

Suriya prezidenti Bəşər Əsəd (Başhar Assad ) 48 illik fövqəladə vəziyyət rejiminin ləğvi də daxil olmaqla bir sıra islahatlar aparsa da ölkədə etiraz aksiyaları davam edir.

Rəsmi SANA agentliyi seçki haqqında yeni qanun hazırlamaq üçün xüsusi dövlət komissiyası yaradıldığını xəbər verir.

Amma hələlik əlavə məlumat verilməyib.
XS
SM
MD
LG