Otun boy atıb çıxması da, yığılıb satılması da kəndlini sevindirən amillərdəndir. Ancaq kənd təsərrüfatı ilə məşğul olanlar düz bir aydır buna sevinə bilmir. Çünki yığılan otu yükləməyə maşın tapmırlar. İndi sahələrində yığılıb qalan ot kəndli üçün göz dağına çevrilib. Niyəsini salyanlı fermer Elçin Əzizovdan eşidək:
«ƏVVƏL 200 MANAT VERİRDİK, İNDİ 600 MANAT VERMƏLİYİK»
«İndi otu, yəni yonca presini bağlamışıq. Ancaq daşımaq bir problemə çevrilib. Əvvəllər «Kamaz» sürücüləri daşıyırdı. Bir müddət əvvəl onlara yükün ağırlığı ilə bağlı məhdudiyyətlər qoyuldu. Əvvəllər «Kamaz»a 700 ədəd ot bağlaması yükləyirdilər. İndi isə onlara 200 ədəd ot bağlaması yükləməyə icazə verirlər. Bizə də ağır başa gəlir. Bir var 700 dənəni bir dəfəyə maşına yükləyəsən, onun pulunu verəsən, bir də var bunu 3-4 dəfəyə edəsən. Əvvəl sürücüyə 700 bağlama üçün 200 manat verirdik, indi 600 manat verməlisən. Kəndlinin malının qiyməti düşür, şəhərdə də otun qiyməti bahalaşır».
Salyan rayonunun Şorsulu kəndinin sakini, yük maşını sürücüsü Namid Bəşirov fermerin dediklərini təsdiqləyir. Deyir ki, bir ay əvvələ qədər fermerlərdən ot alıb maşınına yükləyirmiş. Aparıb bazarda satırmış, ancaq indi bu işlə məşğul olmur:
«OTA İLİŞMƏSİNLƏR»
«Odur ey, «Kamaz» həyətdədir, işləmirəm. Çünki xərclərimizi ödəmir. İndi götürüb Bakıda baha satmalıyıq. Şəhərdə camaat otun bahalığından narazılıq eləyir, burda isə otun tökülüb qalmasından. Əvvəl 700 ədəd yük vururdum, indi uzağı 250 ədəd vura bilərəm. Bununla necə dolana bilərik? Bu heç yanacağımızın pulu deyil. Yol polisi saxlayır, qoymur, deyir artıq yük olmaz, ota necə «artıq yük» demək olar, bu daş deyil ki, qabaritli yükdür. Heç olmasa bir bu ota ilişməsinlər».
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə deyir ki, son vaxtlar yük maşınlarının həddən artıq yüklənməsinə qarşı mübarizə gücləndirilib və bu, gələcəkdə də davam edəcək:
«Yükün düzülüşü yerin səthindən 4 metrdən yuxarı olmamalıdır. Bunu qanun tələb edir. Ancaq təəssüf ki, sürücülər o qədər hündür yük yığırlar ki, hətta o yükə görə aşan maşınlar da olur. Bundan başqa Saatlı-Sabirabad zonasında həddən artıq çox şikayət var ki, onlar elə hündür yük yığmaqla camaatın telefon, elektrik xətlərini sındırıb dağıdırlar. Bu səbəbdən yükdaşıma qaydalarını pozduqlarına görə həmin sürücülər İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb olunurlar. Onlar yükləri yol hərəkəti haqqında qanuna uyğun şəkildə yükləmədiyinə görə həmin nəqliyyat vasitələrinin hərəkətinə də icazə verilmir».
ƏT, SÜD BAHALAŞACAQ?
Fermerlər isə deyirlər ki, vəziyyətin belə şəkil alması heyvanlar üçün əsas yem olan otun bahalaşması nəticədə ətin, südün bahalaşmasına gətirib çıxaracaq.
İqtisadçı ekspert Rövşən Ağayev isə bildirir ki, rayonlardan Bakıya daşınan otun respublika üzrə ümumi ot kütləsində xüsusi çəkisi yoxdur. Bu baxımdan bunun bahalaşmaya ciddi təsir ola bilməz:
«Adətən qiymətlərə o amilin təsiri olur ki, payı çox olsun. Həm də Azərbaycanda istehsal olunan otun çox əhəmiyyətli hissəsi daha çox rayonlarda istehlak olunur. Daha çox kəndlilər özləri istifadə edirlər».
Qeyd edim ki, son vaxtlar Bakıda ətin qiyməti 1 manata yaxın bahalaşıb. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə bildirib ki, bu bahalaşma süni xarakter daşıyır.