Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:24

"Ərəb üsyanları başlayandan bəri ən qəddar repressiya"


Suriyadakı hüquq müdafiə qrupları deyirlər ki, ölkənin təhlükəsizlik qüvvələri axır günlərdə qəddar repressiyalara başlayıblar. Onların bildirdiyinə görə,

Ərəb ölkələrində üsyanlar balayandan bəri belə repressiyalar görünməyib

Mayın 11-də Suriya ordusu ölkənin üçüncü böyük şəhəri olan Homsda üsyanı yatırtmaq üçün hətta tanklardan da istifadə edib.

Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələrinin qara paltarlı əməkdaşları və mülki geyimli polislərin əllərində hökumət əleyhinə nümayişlərdə iştirak edənlərin siyahısı var və onlar ev-ev gəzib siyahıdakı şəxsləri həbs edirlər.

Mayın 11-ə keçən gecə isə ölkənin ikinci böyük şəhəri olan Hələbdə minlərlə tələbə repressiyalara baxmayaraq küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndiriblər. Amma təhlükəsizlik qüvvələri və

əli dəyənəkli rejim tərəfdarlarının təzyiqi nəticəsində tələbələrin aksiyası dağıdılıb


Ümumilikdə Homsa hücumda və başqa şəhərlərdəki zorakılıqlarda son günlər 19 nəfər öldürülüb..

Londonda yaşayan suriyalı hüquq müdafiəçisi Rami Əbdül Rəhman deyir ki, təhlükəsizlik qüvvələri Banias şəhərində də kütləvi həbslər aparırlar.

Prezident Əsədin hökuməti də etiraf edir ki, həbslər aparılır. Amma hökumət özünə haqq qazandırır. Üsyançıları “İslam təməlçiləri və terrorçu qruplar” kimi təqdim edir.

Hüquq müdafiəçiləri bildirirlər ki, martın ortalarında Suriyada üsyan başlanandan bəri 600 nəfərdən çox adam öldürülüb. 8 min nəfər isə həbs edilib.

Etirazçılar siyasi məhbusların azadlığa buraxılmasını, ədalətli seçkilərin keçirilmıəsini, Əsədin Baas Partiyasının cəmiyyətdə hegemonluğuna son qoyulması üçün Konstitusiyaya dəyişikliklər edilməsini istəyirlər.

Bu arada

Beynəlxalq ictimaiyyət Suriya hökumətini aksiyaçılara qarşı repressiyalara son qoymağa çağırır


BMT-nin baş katibi Ban Ki Mun deyib ki, Əsəd hökməti xalqın səsinə qulaq asmalı, islhatlar aparmalıdır. O həmçinin dinc nümayişçilərə qarşı ifrat gücdən istifadəyə son qoymağa çağırıb.

"Biz Suriya hökumətinə təzyiqləri davam etdiririk ki, BMT Deraa və zorakılığın baş verdiyi başqa şəhərlərə gedə, vəziyyəti yerində qiymətləndirə, humanitar yardımla bağlı plan hazırlaya bulsin.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton isə deyib ki, onlar Suriyaya qarşı tətbiq edilmiş sanksiyalara prezident Əsədin də adını daxil edə bilərlər.

Prezident Bəşər Əsəd
Mayın 10-da Avropa Birliyi 13 Suriya rəsmisinə qarşı sanksiya tətbiq edib. Onlar arasında prezidentin qardaşı da var. Onların Avropaya səfərləri qadağan edilib, hesablarl dondurulub. Bu qadağalara Suriyaya silah icracına icazə verilməməsi də daxiıdi.

Ashton deyib ki, onlar bu həftənin axırı qara siyahını bir də nəzərdən keçirəcək, Fransanın təklifinə baxacaqlar.

Fransa Əsədin də qara siyahıya salınmasını tələb edir

Suriyanın keçmiş vitse-prezidenti, 2005-ci ildə Suriyanı tərk etmiş Abdel-Halim Khaddam Brüsseldə Röytersin müxbirinə deyib ki, Əsədin etdikləri Liviya lideri Qəddafinin hərəkətlərini xatırladır.

"Hansısa bir mıqamda Suriyada baş verənlərə müdaxilə ehtiyacı yarana bilər. Orada dinc əhalini qırırlar. Öz xalqını qıran hökumət legitim ola bilməz".

Khaddam deyir ki, Suriyada ölənlərin sayı səslənən rəqəmlərdən bir neçə dəfə çox ola bilər. Onun sözlərinə görə, indiyəcən 2 min nəfər öldürülüb. Sadəcə hökumət qüvvələri öldürülənlərin bir çoxunun meyidini gizli yerlərdə basdırıb.
XS
SM
MD
LG