Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:16

Mərc gələnlər Eurovisionda qələbəni kimlərə verirlər?


Germany - Azerbaijani participants in Eurovision 2011 Ell & Nikki, Dusseldorf, 10May2011
Germany - Azerbaijani participants in Eurovision 2011 Ell & Nikki, Dusseldorf, 10May2011

Hər bir yarışmada olduğu kimi Eurovision mahnı müsabiqəsində də azarkeşlər bookmaker şirkətlərində qalib hesab etdikləri namizədə pul qoyurlar.
Proqnozları düz çıxsa, bu mərcdə xeyli pul udmaq da olar.

Bizi məsələnin başqa tərəfi maraqlandırır: pul qoyanlar qələbəni kimlərə verirlər?

Avropa ölkələrinin hər birinin öz bookmaker şirkətləri var, onların ümumi göstəricilərini birləşdirəndə final ərəfəsi aşağıdakı mənzərə yaranır:

Adamlar ən çox Fransanın qələbəsinə pul qoyublar.
Fransa proqnozlarda xeyli qabaqdadır.

İkinci yerdə İrlandiya gəlir. O da öz növbəsində üçüncü yerdəkini xeyli qabaqlayır.

Üçüncü yerdə isə Azərbaycandır. Azərbaycan xalis 3-cü yerə son bir gündə çıxıb. Yəni son bir gündə Azərbaycanın qələbəsinə əmin olanlar çoxalıb.
Azərbaycandan azacıq geridə Böyük Britaniyadır.

Bookmakerlərə görə, udmağa ən böyük şans bu 4 ölkədədir.

Rusiya 14-cü, Gürcüstan 15-ci yerdədir.

25 finalçı arasında qələbəsinə ən az inanılan İspaniyadır.
Ondan bir az əvvəldə Rumıniya, Yunanıstandır.
XS
SM
MD
LG