Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:20

Dinlərarası münasibətlərdə dialoqun önəmi nədir?


Leonard Şvidler və Hidayət Orucov
Leonard Şvidler və Hidayət Orucov

Bu mövzuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində toplantı keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Dinlərarası münasibətlərdə dialoq” mövzusunda seminar keçirilib.

Tədbirə ABŞ-ın Filadelfiya ştatındakı Templ Universitetinin Dini araşdırmalar kafedrasının professoru dinlərarası dialoq üzrə mütəxəssis Leonard Şvidler dəvət edilib.

Seminarda Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda dövlət-din münasibətləri, dini durumla bağlı məlumat verib. O, bildirib ki, ölkədə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: qanunvericilik bazası və xalqlarının milli-mənəvi dəyərlər kompleksinə hörmət.

Həmçinin, bu münasibətlərin beynəlxalq hüquq normalarına uyğun tənzimlənməsi, məbədlərin bərpası, xüsusilə də yeni məscidlərin, ziyarətgahların, xristian və iudaizm məbədlərinin tikintisində və bərpasında fəaliyyət gücləndirilir.

Professor Leonard Şvidler isə dinlərarası dialoqu vətəndaşların vicdan azadlığının və sosial həyatının təmin olunmasının əsas tərkib hissəsi kimi dəyərləndirib. O, klassik mənada dialoq anlayışı ilə müasir dövrdə dialoqun ümumi və fərqli tərəflərini tədbir iştirakçılarına şərh edib.

Amerikalı professor məsələnin “tarixi”, “hüququ” və “humanitar” kontekstdə, “qurucu dialoq” və “dağıdıcı dialoq” istiqamətində izahını son 50 ildəki elmi araşdırmalar əsasında izah edib.
XS
SM
MD
LG