Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 19:47

AB-nin Azərbaycan nümayəndəliyindən də təbrik var


Avropa Birliyinin Azərbaycan nümayəndəliyi Eldar və Nigar cütlüyünü və Azərbaycan xalqını “Eurovision-2011” mahnı müsabiqəsindəki qələbəsinə görə təbrik edib.
Nümayəndəliyin ofisindən verilən məlumata görə, Avropa Birliyinin Azərbaycan nümayəndəsi səfir Roland Kobia bildirib ki, Eldar və Nigar oxuduqları mahnı ilə Avropanın ürəyini fəth edə bildi. O, hesab edir ki, cütlük dünyaya Azərbaycan zəngin musiqi və mədəniyyətini nümayiş etdirdi.

Roland Kobia əlavə edib ki, o, 2012-ci ildə müsabiqənin Bakıda təşkil olunması ölkəyə beynəlxalq diqqəti artıracaq. Bu, Azərbaycanın öz cəsatətli və müasir cəmiyyətini dünyaya göstərməsi üçün əla fürsət olacaq.

Eldar və Nigar dueti 56-cı “Eurovision” mahnı müsabiqəsində 43 ölkə arasında birinci yeri qazanıb. Müsabiqəni 100 milyondan çox adam izləyib.
XS
SM
MD
LG