Dünya Bankının yeni hesabatına görə, 2025-ci ilə qlobal iqtisadiyyatda dolların hegemonluğu bitəcək.
O vaxta yeni çoxvalyutalı monetar sistem yaranacaq.
Həmin sistemdə avro və başqa bir neçə valyuta bərabərhüquqlu yer tutacaqlar.
“Çox qütblülük: Yeni qlobal iqtisadiyyat” adlı hesabatda deyilir:
"Dünya iqtisadiyyatında bu dəyişikliyin aparıcı qüvvəsi təşəkkül tapan və ya inkişafda olan yeni bazar iqtisadiyyatlarıdır- Braziliya, Çin, Hindistan, İndoneziya, Rusiya və Cənubi Koreya.
Bu iqtisadiyyatlar 2025-ci ilə kimi ildə 4,7 faiz sürətilə artmalıdırlar. "
Dünya Bankının yeni hesabatının müəllifi M. Dailami deyir:
“Dünyada artım və investisiya balansı inkişafda olan və ya yaranmaqda olan iqtisadiyyatlara yönələcək”.
Bunun isə çox geniş təsiri olacaq.
Hazırda dünyanın əsas ehtiyat valyutası dollardır. Dollar dünyanın əsas ehtiyat valyutası rolunu itirəcək.
Hesabatda deyilir: “Dolların indiki aparıcı rolu 2025-ci ildən qabaq da bitə bilər. Bu sistem dolların, avronun və başqa pulların bərabər rol oynadıqları monetar sistemlə əvəz olunacaq”.
Hesabat avronu dolların ən etibar olua bilən rəqibi hesab edir. Ancaq avronun güclənməyinə bir şərt qoyulur: “Avro zonada ölkələrin borc problemləri həll olunmalıdır”.