Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:00

Medvedev növbəti seçkidə iştirakla bağlı sualdan yayınıb


Əgər Birləşmiş Ştatlar Avropada hava hücumlarından müdafiə sistemlərini inkişaf etdirmək istəsə, Rusiya strateji hücum silahlarının ixtisarıyla bağlı müqaviləni poza bilər.

Bunu Rusiya prezidenti Dimitri Medvedev Moskva ətrafında keçirdiyi mətbuat konfransında deyib.

2012-ci ildə keçiriləcək prezident seçkisində iştiraka gəldikdə isə prezident sualdan yayınıb, qeyd edib ki, bu o vaxt elan edilməlidir ki, onun siyasi effekti olsun.

Mətbuat konfransında iştirak etmək üçün 800-dən artıq jurnalist qeytiyyatdan keçib.
Bu Dimitrli Medvedevin keçirdiyi ilk belə mətbuat konfransıdır.

Bundan əvvəlki prezident Vladimir Putin hər il böyük mətbuat konfransı keçirirdi.
XS
SM
MD
LG