Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:10

Gənclər döyüldüklərini deyirlər


Bulvarda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid
Vəkil Əshabəli Mustafayev gənclərin mayın 22-də keçirdiyi aksiya zamanı saxlanmış 4 nəfərlə görüşüb.

Vəkil gənclərlə bağlı apelyasiya şikayəti verməyə hazırlaşır. O deyir ki, Cəmil Hacıyev, Orxan Çərkiyev, Ağasif İbrahimovEmil Fərhadi qanunsuz saxlanıb. Onlar aksiya başa çatandan sonra tutulub polisə aparılıb. Vəkil gənclərə fiziki xəsarət yetirildiyini də söyləyir:

«Onların dediyinə görə, polis dördündən üçünə zorakılıq edib, Emil Fərhadidən başqa yerdə qalanlara xəsarət yetirib. Onlar Binəqədidəki məntəqəyə qəbul olunanda, təcili tibbi yardım çağırılıb».

Ə. Mustafayev deyir ki, pozuntular bununla bitmir. Gənclərə yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib, vəkillə təmin edilməyiblər və məhkəmə qapalı keçirilib:

«Səbail rayon Polis İdarəsinin 38-ci bölməsində oturacaq olmayan, 3 kv.m-lik qəfəs kimi kamerada saxlayıblar. Gecəyarı isə onlara oturmağa stul verilib».

Gənclər polisə müqavimətdə ittiham olunaraq hər biri 7-8 sutka həbs cəzası alıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, bu iddiaların əsası yoxdur:

«Polis bölməsində vətəndaşlara fiziki zorakılıq yolverilməzdir və mümkün deyil. Kiminsə şikayəti varsa, aidiyyəti qurumlara müraciət etsinlər».

Mayın 22-də Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi etiraz aksiyası keçirib. Onlar gənclərin həbsinə etiraz ediblər.
XS
SM
MD
LG