Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:29

Korrupsiya ilə mübarizə: nəticə varmı?


Vasif Mövsümov
Vasif Mövsümov
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və Azərbaycan Kommersantları və İstehlakçıları Birliyinin sədri Sevgim Rəhmanov korrupsiyaya qarşı mübarizənin nəticələrindən danışırlar

Vasif Mövsümov:

«Korrupsiyaya qarşı mübarizəyə yekun vurulmayacaq. Bu mübarizə davamlı olmalıdır. Ona müxtəlif mexanizmlər əlavə olunmalıdır, bu mübarizə həbs etməklə kifayətlənən deyil. Bu mübarizənin əsas şərtlərindən biri də korrupsiya üçün şərait yaradan bir mühitin aradan qaldırılmasıdır. Yəni, hər bir məmur, hər bir vətəndaş, rüşvətverən və rüşvət alanın əlindən o şərait alınmalıdır. Bu mübarizənin səmərəsi ondan sonra olacaq. Azərbaycanda bir neçə ay ərzində atılan addımlara baxaq. Hansı nailiyyət əldə olunub? Biz bu tezliklə nailiyyət əldə edə bilmərik. Lakin nəyinsə dəyişməsini görə bilərik. Biz əhalinin bir az müqavimətinin artmasını görürük. Əhali bir az ümidlənib. Lakin təəssüflər olsun ki, onların ümidlərində bir sarsıntı əmələ gəlir. Buna səbəb vətəndaşların bu gün də məmur özbaşınalığı, rüşvət halları ilə rastlaşmasıdır. Ona görə hələ ki, nailiyyətlərdən danışmaq
Sevgim Rəhmanov

çox tezdir...».

Sevgim Rəhmanov:

«Korrupsiya harada var? Səviyyəsi nədir? Nazirliklər üzrə araşdırılıbmı? Prezidentin fərmanlarından əvvəl korrupsiya haqqında qanun var idi. Ondan əvvəl isə Azərbaycanın Cinayət Məcəlləsi var. Heç yanda rüşvət almağa, korrupsiya ilə məşğul olmağa icazə verilmir. Bunlarla necə mübarizə aparmaq lazımdır? Konkret olaraq ad çəkilməlidir. Bu gün o paket sistemi aradan götürülməyib. Bu gün hər bir nazirliyin, hər bir komitənin şoferi 120-130 manat maaş alır. Bu maaşla onlar işləyə bilərmi? Bu gün ticarətdə yoxlamaların sayı azalıbmı? Əksinə, artıb. Onlardan ötən il aldıqlarından 10 -15 faiz artıq rüşvət alınır. Fakt budur. Mən istəməzdim ki, korrupsiya ilə əlaqədar Azərbaycan vətəndaşı türməyə düşsün. İşi elə aparmaq lazımdır ki, korrupsiyanı törədən səbəblər aradan qalxsın...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG