Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:30

Yəməndə Zincibar şəhərinin zəbtiylə bağlı müəmmalı xəbərlər gəlir


Yəmən hakimiyyəti əl Qaidə yaraqlılarının ölkənin cənubundakı Zincibar şəhərini ələ keçirdiklərini xəbər verir.

Hakimiyyət 2 günlük döyüşlərdə 16 əsgərin öldüyünü deyir.

Başqa məlumata görə isə şəhər uğrunda döyüş olmayıb, hakimiyyət sadəcə şəhəri verib.

Həmçinin müstəqil mənbələr onların əl qaidəçilər olduğunu şübhə altında qoyur.

Analitiklərdən biri BBC-ə müsahibəsində onların prezident Ali Abdullah Salehə sadiq yaraqlılar olduğunu deyib.

Müxalifət deyir ki, prezident beynəlxalq dəstək qazanmaq üçün qəsdən Əl Qaidə xofu yaradır.

Xeyli vaxtdır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi nümayişlər keçirilir.
XS
SM
MD
LG