Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:15

FİFA prezidenti Blatterə qarşı ittihamlar öz təsdiqini tapmayıb


Etika komitəsi korrupsiya ittihamı ilə üzləşən Joseph Sepp Blatteri təmizə çıxarandan sonra o, Beynəlxalq Futbol Federasiyasının yenidən prezidenti seçilə bilər.

Etika komitəsi bazar günü Zurichdə korrupsiya ittihamı üzündən Asiya Futbol Konfederasiyasının rəhbəri Mohammad Bin Hamman və təşkilatın vitse-prezidenti Jack Warneri vəzifəsindən kənarlaşdırılıb.

Bin Hamman və Jack Warner iyunun 1-dəki FİFA prezidentliyinə seçkidə Bin Hammana səs verməsi üçün Karib dənizi nümayəndə heyətinə rüşvət verməkdə günahlandırılıb.

Bin Hamman öz namizədliyini geri götürüb.

75 yaşlı Joseph Blatterin yenidən prezident seçiləcəyi gözlənir. O, 13 ildir ki, FİFA-ya rəhbərlik edir.
XS
SM
MD
LG