Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:42

Ötən təhsil ili nə ilə yadda qaldı?


Zəminə Əliqızı
Zəminə Əliqızı
Bakı şəhər Baş Təhsil idarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı İşdən sonra proqramında təhsil ilinin yekunlarına dair sualları cavablandırır.

- İlin əvvəlindən elan olunmuş korrupsiyaya qarşı mübarizəyə dair bütün nazirliklərdə, o cümlədən Təhsil Nazirliyində kollegiya iclasları keçirilib və yəqin ki, hansısa tədbirlər görülüb. Yəqin bütün bunlar Bakı şəhər Baş Təhsil idarəsində də baş verib.

- Korrupsiyaya qarşı mübarizə təkcə təhsil sistemində yox, bütövlükdə cəmiyyətdə mövcud olan neqativ hallarla mübarizə istiqamətində qurulmuşdu. Yəni bunu tək təhsilin üstündə cəmləşdirmək düzgün olmaz. Bu istiqamətdə sözsüz ki, bizdə çox böyük işlər gördük və mütəmadi olaraq bu barədə ictimaiyyətə məlumatlar verildi. Son iclasımızda son beş ayda qaynar xəttə daxil olan zənglərlə bağlı neqativ hallar araşdırıldı. Bir xeyli məktəb direktoru ciddi şəkildə cəzalandırıldı. Bu istiqamətdə işlər görülüb, görülür və gələcəkdə də görüləcək. Bu baş verənləri müşahidə etmək fikrindən çox uzağıq. Əlbəttə bu il son zəng öncəsi sıx zənglər oldu ki, tutaq ki hansısa məktəbdə müəyyən məbləğdə pul yığılır. Belə zənglər oldu. Amma əvvəlki illərlə müqayisədə bunun əhatəsi çox geniş olmadı. Az miqdarda qaynar xəttə məlumatlar daxil oldu. Amma bu məsələ elə bir problemdir ki, bunu birtərəfli şəkildə həll etmək mümkün deyil. Bu gün Azərbaycan cəmiyyətində biz istəsək də, istəməsək də bu problem var. Korrupsiya var ki, ona qarşı mübarizə elan olunub.

Və bu korrupsiya adlı problemin həllini həyata keçirmək üçün təkcə bizim tərəfimizdən addımın atılması yetərli deyil. Biz qaynar xətt yaratmışıq, deyirik ki, bizə məlumat verin. Amma digər tərəf var ki, buna sövq edir. Yaxud istənilən məbləği itaətli şəkildə gətirib ödəyirlər. Bu elə bir məsələdir ki, gərək bununla hərtərəfli şəkildə mübarizə aparaq. Tutaq ki, valideynlərdən əgər kimsə pul istəyirsə, valideynlər ən azı bu baxımdan öz hüquqlarını müdafiə etməlidirlər. Deməlidirlər ki, nəyə görə verməliyəm mən o pulu. Verməməlidirlər. Gərək cəmiyyətin hər bir üzvü bu məsələ ilə mübarizəyə qatılmalıdır ki, bizdən sonra gələn nəsillər bu problemdən narahat olmasınlar.

- Bu çox populyar mövqedir.

- Nə qədər populyar olsa da vəziyyətdən çıxış yolu budur. Bəzən zəng edirlər, konkret ad çəkirlər ki, mən filankəsəm, filan direktor məndən pul istəyib. Bizə məlumat daxil olan kimi operativ şəkildə araşdırırıq. Bəzən həmin valideyni də tapırıq. Son anda valideyn deyir ki, mən istəmirəm, imtina edirəm. Son nəticədə geri çəkilirlər. Amma sənə qarşı haqsızlıq olubsa, sən halal zəhmətindən kimə isə aparıb vermisənsə, bunu nəyə görə vermisən? Biz şayiə əsasında, əlimizdə fakt olmadan direktora nə cəza tətbiq edə bilərik?

- Bu yəqin ki, daimi və heç zaman bitməyəcək bir mübahisədir.

- Ümid edirik daimi olmayacaq.

- Jurnalistlər vicdanlı məmur axtarışındadırlar, məmurlar da vicdanlı vətəndaş. Daim belədir.

- Yox. Siz mənim səmimiliyimə inanın...

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG