Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 23:05

Prezidentlərin görüşünün vaxtı və yeri dəqiqləşib


Astraxan görüşü, 27 oktyabr 2010
Astraxan görüşü, 27 oktyabr 2010
«Daqlığ Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olmaq üçün Rusiya əlindən gələn hər şeyi etməyə hazırdır».

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru Andrey Kelin deyib.

«Biz əlimizdən gələn hər şeyi etməyi hazırıq, amma irəliləyiş tərəflərin iradəsindən asılıdır».

Rusiya və Azərbaycan prezidentlərinin iyunun sonu Kazanda keçirəcəkləri görüşü şərh edən Rusiya rəsmisi bildirib ki, bu görüşə ciddi hazırlıq gedir:

«Hazırda prezidentlər bunun üzərində işləyir, xarici işlər nazirləri isə onlar üçün müvafiq sənədləri hazırlayırlar. Biz habelə hazırlıq işlərində iştirak edirik. Bu, çox ciddi və həssas işdir».

Bir qədər öncə «İnterfax» agentliyi diplomatik mənbələrə istinadən bildirib ki, iyunun 25-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü olacaq. Görüş Rusiya prezidenti adına ənənəvi at yarışları çərçivəsində baş tutacaq. /APA/
XS
SM
MD
LG