Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:40

Obama və Merkel razılaşıblar ki, Avropada borc böhranının qabağı alınmalıdır


ABŞ prezidenti Obama və Almaniya kansleri Merkel razılaşıblar ki, Avropanın borc probleminin qabağı alınmalıdır.

Vaşinqtondaklı görüşdən sonra bu məlumatı verən Obama deyib ki, Yunanıstanın borc probleminin həllində əsas rolu Almaniya oynayacaq.

Hər iki lider razılaşıblar ki, borc probleminin dünya iqtisadiyyatındakı dirçəlişi risk altına almasına imkan vermək olmaz.

Bundan əvvəl Obama deyirdi ki, Avropadakı borc böhranı Amerika iqtisadiyyatına mənfi təsir edən xarici amillərdən biridir.
Obama Amerika iqtisadiyyatında yenidən tənəzzül ola biləcəyini isə rədd edib.
XS
SM
MD
LG