Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:48

Kazan sammitindən gözləntilər, siyasi partiyaların qeydiyyatı və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzeti «RUSİYA İSTƏDİYİNİ BİZDƏN ALSA» sərlövhəli yazıda prezidentlərin Kazan görüşündən gözləntilərini açıqlayır.

Qəzet yazır ki, Kreml münaqişədə vasitəçi deyil, tərəfdir və tərəf kimi də hələ konfliktdən güddüyü hədəflərə çatmayıb.

«Çatması gözlənilmir də. Ona görə ki, rəsmi Bakı Moskvanı qane edəcək mövqeyə yaxın və hazır deyil. Çeşidli səbəblərdən. Bəs Rusiya Azərbaycandan nə umur ki, Bakının onu verməsi müşkül sayılır?

Moskva əlbəttə ki, problemin hansısa formada həllində maraqlıdır. Ən azı mövcud vəziyyətin uzun müddət davam etməyəcəyini anlayır və budəfəki hərbi əməliyyatlar nəticəsində proqnoza yatmayan proseslərin gedəcəyinin, hazırkı status-kvonun Rusiyanın ziyanına dəyişə biləcəyinin fərqindədir.

Ancaq dinc həll variantında da Kreml Azərbaycanda öncə özünün itirilmiş hərbi-siyasi mövcudluğunu geridönməz şəkildə (!) bərpasını istəyir», - deyə qəzet yazır.

«Azərbaycan» qəzetindəki «PREZİDENTLƏRİN KAZAN GÖRÜŞÜNDƏN GÖZLƏNTİLƏR ÇOXDUR» başlıqlı yazıda Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun fikirlərinə yer verilib:

«Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tələb edirlər ki, Cənubi Qafqazdakı hazırkı status-kvo dəyişsin, işğal olunmuş torpaqlar azad olunsun və qaçqınlar öz yurd yuvalarına qayıtsınlar».

«Azadlıq» qəzeti yazır ki, tikinti şirkəti olan ««AKKORD»UN İŞÇİLƏRİ ACLIĞA BAŞLAYIB»

Məqalədə deyilir ki, Qazax rayonunda aclığa başlayan 80 işçi iki aylığa öz hesablarına məzuniyyətə göndərilmələrinə etiraz edirlər.

«AZƏRBAYCANDA BÜTÜN SİYASİ PARTİYALAR YENİDƏN QEYDİYYATA ALINACAQ». Bunu «Yeni Azərbaycan» qəzeti yazır.

Qəzet siyasi partiyaların yenidən qeydiyyata görə qorxmağına əsas olmadığını, qeydiyyatla bağlı ən asan sənədləşmənin Azərbaycanda olduğunu yazır.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova görə, qeydiyyatla bağlı təkliflər ondan ibarətdir ki, siyasi partiyalar seçicilərin 0.1 faiz imzasını toplamalıdır.
XS
SM
MD
LG