Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:36

İran uran istehsalını artırır


İranın nüvə rəsmisi uran zənginləşdirilməsi üzərində işin genişləndiriləcəyini və istehsalın 3 dəfə artırılacağını bildirib.

Bu barədə İranın dövlət televiziyası Firidun Abbasi Devaniyə istinadla xəbər verir.

O istehsalın 20 faizinin Natanz zavodundan Tehranın cənub-qərbindəki Fordo zavoduna köçürüləcəyini bildirib.

Amma Devani qeyd edib ki, bu BMT-nin Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçiriləcək.

Tehran uran zənginləşdirilməsi üzərində işi dayandırmaqdan imtina etdiyinə görə BMT indiyədək ona qarşı 4 sanksiya tətbiq edib.
XS
SM
MD
LG