Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Seçki ərəfəsi 48% deyir ki, Türkiyə düz yoldadır



Iyunun 12-si Türkiyədə parlament seçkiləridir.
Seçki ərəfəsi beynəlxalq sorğu şirkəti Pew Research Center Türkiyədə və onun qonşularında sorğu aparıb.

TÜRKİYƏ DÜZGÜN YOLDADIRMI?

Türkiyədə rəyi soruşulanların 48 faizi hesab edir ki, baş nazir Ərdoğan və onun Ədalət və Kalkınma Partiyası (AKP) Türkiyəni düzgün istiqamətdə aparır, 49 faiz isə bu yolu yanlış hesab edir.

Bu, keçən illə müqayisədə böyük irəliləyişdir. Keçən il narazılar 60 faiz idi.

2009-cu ildə isə narazılar 66 faizə çatırdı.

Türkiyə düzgün yoldadırmı? –sualına cavab rəyi soruşulunın dindarlığından asılı olub.

Kim ki, gündə 5 dəfə namaz qılır, onların 64 faizi hesab edir ki, Türkiyə düz yoldadır.
Kim ki, nadir hallarda məscidə gedir, onların 67 faizi ölkənin tutduğu yolu yanlış hesab edir.

Cavab yaşdan da asılı olub.
Yaşlılar ölkənin tutduğu yoldan razıdırlar. Yaşı 50-dən yuxarı olanlar arasında 56 faiz hesab edir ki, Türkiyə düz yolla gedir. Yaşı 30-a çatmayanlar arasında isə razı olanlar 42 faizdir.

DOLANIŞIQDAN RAZILAR ARTIR

Türkiyə iqtisadiyyatının indiki durumu necədir? – sualına cavabda 49 faiz hesab edir ki, yaxşıdır, 48 faiz isə vəziyyəti pis hesab edir.
Keçən il vəziyyəti pis hesab edənlər 65 faiz idi.

Ərdoğan hakimiyyətə gələndə vəziyyətdən razılar cəmi 14 faiz idi.

TÜRKİYƏNİN DÜNYADAKI YERİ

Rəyi soruşulanların 62 faizi dünya siyasətində Türkiyənin tutduğu yolu düzgün hesab edib.

Ərdoğan Türkiyənin ərəb qonşularında da yüksək qiymət alıb.
Misirdə rəyi soruşulanların 78 faizi Türkiyənin xarici siyasətini bəyənir, 21 faiz bəyənmir, qalan 1 faiz ya cavab verməyib, ya da cavab verməkdə çətinlik çəkib.

Ölkələr üzrə bu göstəricilər belə bölünüb:

Türkiyənin xarici siyasətini
bəyənir (%) bəyənmir (%)

Rusiya 27 30
Almaniya 25 69
İordaniya 72 23
Fələstin
ərazisi 52 47
Pakistan 39 16
Fransa 36 59
İsrail 9 87


TÜRKİYƏNİN GƏLƏCƏYİ

Türkiyə öz gələcəyi üçün daha çox Avropaya baxmalıdır yoxsa Yaxın Şərqə?

Bu suala cavablar belə bölünüb:
17 faiz hesab edir ki, Türkiyənin gələcəyi Avropadadır.
25 faiz hesab edir ki, Türkiyə gələcəkdə daha çox Yaxın Şərqə baxmalıdır.
37 faiz hesab edir ki, bunların hər ikisi Türkiyənin gələcəyi üçün vacibdir.

Avropaya qovuşmaq ən çox gənclər arasında populyardır: 18-29 yaşlılar arasında 61 faiz deyib ki, Türkiyənin gələcəyi Avropadır.

Sorğuda maraqlı detallardan biri də budur ki, Türkiyənin Avropa Birliyinə qoşulmağına ən çox tərəfdar olan etnik kürdlər olub.
Sorğuda etnik kürdlərin 76 faizi deyib ki, Türkiyənin Avropa Birliyinə qoşulmağı yaxşıdır.
Müqayisə üçün, Türkiyə üzrə bu göstərici 52 faizdir.

Türkiyənin Avropa Birliyinə üzv olmasının tərəfdarları Avropanın böyük dövlətləri arasında İspaniyada, Britaniyada 50 faizdən çoxdurlar: İspaniya -62 faiz, Britaniya-51 faiz.

Fransa, Almaniya kimi ölkələrdə isə Türkiyənin Avropa Birliyinə üzvlüyünə tərəfdar olanlar 50 faizə çatmır: Fransa-38%, Almaniya 27 %.
XS
SM
MD
LG