Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:05

Norveç şahzadəsinin Bakı görüşlərinin təfərrüatları…


Norveç şahzadəsinin Bakı görüşlərinin təfərrüatları…
Gözlə

No media source currently available

0:00 0:54:59 0:00
Direct-ə keçid

Jurnalist Eynulla Fətullayev, Norveç İnsan Hüquqları Evinin rəhbəri Vüqar Qocayev və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev görüş barədə təəssüratlarını bölüşürlər.

Eynulla Fətullayev
Jurnalist Eynulla Fətullayev, Norveç İnsan Hüquqları Evinin rəhbəri Vüqar Qocayev və Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev görüş barədə təəssüratlarını bölüşürlər.

Eynulla Fətullayev:

«Norveç şahzadəsinin Azərbaycana səfəri və xüsusilə QHT-lərə, demokratik təsisatlara, xüsusilə dissidentlərə göstərdiyi diqqət və böyük ehtiram heç şübhəsiz ki, presedentsiz bir hadisədir. Norveç şahzadəsi Azərbaycana gəlməmişdən əvvəl 6 Norveç telekanalı, 10-dan artıq qəzetin jurnalisti mənə zəng edərək şahzadənin Azərbaycana gözlənilən səfəri ilə bağlı mənim rəyimi soruşurdular. Çünki onun bu səfəri Norveçdə böyük əks-səda doğurmuşdu. Norveç ictimaiyyəti şahzadənin avtoritar Azərbaycana səfərini çox pis qiymətləndirirdi. Ümumiyyətlə, şahzadəni bu səfərdən imtina etməyə çağırırdılar. Mən demişdim ki, istərdim ki, şahzadə Azərbaycana səfər etsin. Lakin Böyük Britaniya və digər Avropa ölkələri kral ailəsindən fərqli olaraq, Azərbaycanda insan haqları və demokratiya mövzusuna xüsusi diqqət yetirsin. Həbsdə olan siyasi məhbuslar, bloqqerlər, jurnalistlərlə bağlı xüsusi bir açıqlama versin. Bu məsələlərə diqqət ayırsın. Bu çox yaxşı bir haldır ki,
Vüqar Qocayev
şahzadə Azərbaycana səfər zamanı məhz demokratiya və insan haqları mövzusuna böyük önəm verdi...».

Vüqar Qocayev:

«Bu səfər Norveç cəmiyyətində birmənalı qarşılanmamışdı. Bu, həm Azərbaycanda insan hüquqları, həm də konkret olaraq Norveç İnsan Hüquqları Evi ilə bağlı Ədliyyə Nazirliyinin verdiyi məlum qərardan narahatlıqla əlaqədar idi. Norveç Konstitusiyasına əsasən, kral ailəsinin üzvü siyasətə ümumiyyətlə qarışa bilməz. Bunların statusu çox simvolikdir. Amma kral ailəsinin üzvlərinin hər hansı bir ölkəyə getməsi həm Norveçdə, həm də səfər etdikləri ölkələrdə böyük rezonans və maraq doğurur. Ona görə də beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Norveç Helsinki Komitəsi, Norveç İnsan Hüquqları Fondu, RAFTO təşkilatı istəyirdilər ki, şahzadənin bu səfəri iqtisadi mövzularla məhdudlaşmasın, həm də insan hüquqları məsələsini gündəmdə saxlasın. Norveç İnsan Hüquqları Evi ilə bağlı məsələyə gəldikdə, həm şahzadə özü, həm də nümayəndə heyətinin rəhbəri bu məsələni hakimiyyətin yuxarı dairələri ilə müzakirə etdiklərini bildiriblər. Azərbaycan tərəfi onlara bu məsələnin həllini tapacağını bildirib.
İntiqam Əliyev
Biz sənədləri hazırda Ədliyyə Nazirliyinə təqdim etmişik və cavab gözləyirik...».

İntiqam Əliyev:

«Görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı müxtəlif aspektlərə toxunuldu. Korrupsiya, yaxşı idarəçilik, qanunların durumu və s. Bu görüşlərlə Norveç hökuməti onu nümayiş etdirir ki, biz Azərbaycanda başqa ölkələrin məmurlarından, rəhbərlərindən fərqli olaraq vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq edirik. Biz bunu gizlətmirik və lazım gəldikdə, ona dəstək veririk. Bu görüşdə də son həbslərlə, gənclərin həbsi ilə bağlı müzakirələr getdi. Görüşdə əmin olduq ki, onlar Azərbaycandakı vəziyyətdən yaxşı xəbərdardır və qaldırılan mövzuları ciddi qəbul edirdi...».

Eynulla Fətullayev özünün partiya yaratması ilə bağlı suala necə cavab verdi?

Eynulla Fətullayevi Hüseyn Abdullayevlə hansı tellər bağlayır?


Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG