Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:57

«Washington Post»: Azərbaycan Şərqlə Qərb arasında


Bakıda «Eurovision» şənlikləri - 15 may 2011
Bakıda «Eurovision» şənlikləri - 15 may 2011
Rusiya və İran arasında yerləşən bu avtoritar ölkə ötən ay «Eurovision» müsabiqəsində qalib gəlib. İndi azərbaycanlıları bir sual düşündürür - rok-n-rol onları azad edəcəkmi?

«Eurovision» qələbəsi özünə az qiymət verildiyini düşünən bu millətə təkcə qürurdan başgicəlləndirmə gətirmədi. Mayda Bakı 43 ölkənin təmsilçisinin konsertini təşkil edəcək. Bunun üçün yuxarı eşelondan tolerantlıq tələb olunur - narıncı saçlı və yaşıl sağanaqlı eynək taxmış fanatları təsəvvür edin. Təbii ki, həm də sərhədsiz söz azadlığı lazımdır.

Bu il Düsseldorfda «Eurovision» konsertinə 36 000 adam canlı baxıb, 120 milyon tamaşaçı isə yarışmanı televiziya və internetdə izləyib.

Azərbaycanda hökumətin tənqidçiləri Avropanın qəfil diqqətindən və hakimiyyətin dostluq istəyindən istifadə edib demokratik islahatlara çağırırlar. Hakimiyyət jurnalistləri, opponentlərini həbs edir. Tunis və Misirdəki iğtişaşlardan sonra mart və apreldə gənclərin Bakıda təşkil etdiyi nümayişləri dağıdıb.

«Bilirsiz ki, rok azad adamların musiqisidir». 30-dan çox vətəndaş cəmiyyəti üzvü mayın 26-da Prezident İlham Əliyevə məktub göndərərək «Eurovision»dan əvvəl jurnalistləri və insan haqları fəallarını buraxmağı xahiş etmişdilər.

ABŞ səfiri Metyu Brayza (Matthew J. Bryza) isə jurnalist Eynulla Fətullayev azadlığa buraxılanda, demişdi ki, «ümid edirəm bu, Azərbaycan üçün yeni eranın başlanğıcıdır. «Eurovision 2012»yə hazırlığa başlamaq üçün çox gözəl bir yoldur».

«BURDA QAZANMAĞA PUL VAR»

Dünyəvi müsəlman ölkəsi olan Azərbaycan bir əlini inamla Avropa və Qərbə uzatsa da, o biri əli ölkə daxilində hakimiyyət və sərvətə nəzarət edir.

Burda qazanmağa pul var, bu pul bütün Bakı üzərində hiss olunur
Enerji təhlükəsizliyi və strateji mövqeyi Azərbaycanı Birləşmiş Ştatlar üçün də əhəmiyyətli edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri sutkada bir milyon barel neft vurur. Bununla da Qərbin enerji təchizatı şaxələnir və Yaxın Şərqdən enerji asılılığı azalır.

Burda qazanmağa pul var, bu pul bütün Bakı üzərində hiss olunur. Şəhər boyu gözəl mənzərəli parklar, beşulduzlu otellər, «Kenzo», «Armani» və «Escada» mağazaları...

Sakinlər ailəlikcə neft iyi gələn Xəzər sahillərində gəzişir, popkorn yeyir, «Cola» içir, kafelərdə çay içməyə oturur. 12-ci əsrdən qalmış divarlar səliqəylə qorunan İçərişəhəri əhatəyə alıb. Burda 14-cü əsrin karvan dükanları restorana çevrilib. Yeni incəsənət nümunəsi olan binalar isə kosmopolit görünür. 350 milyon dollarlıq üç alov diliminə oxşar göydələnlər də bu sıradandır.

«Pizza Hat» olan şəhəri sevəcəksiz, ancaq Bakının gözəlliklərindən başqa gözə görünməyən məqamlar da var – «Facebook» şəbəkəsində oturanlarla onları idarə edənlər arasında mübarizə gedir. Bu mübarizə Qərbə qovuşmaq istəyənlərlə buna şübhəylə yanaşanlar arasındadır.

GƏNCLƏRİN XEYRİNƏ

Rəqəmlər və zaman gənclərin xeyrinədir. 9 milyonluq bu ölkədə orta yaş həddi 30-dan azdır. Son üç ay ərzində «Facebook» istifadəçilərinin sayı 20 faiz artıb, 400000-ə çatıb. Ancaq hökumətin əlində də hakimiyyət var.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov deyir ki, onda barəsində təhqiqat aparılan, yaxud həbsdə olan 50 fəalın siyahısı var:

«Tunis və Misirdə inqilablardan sonra, burda vəziyyət dramatik dəyişib». E. Hüseynov belə deyir.

Gənclərin 11 mart aksiyası
«Əvvəlcə, hökumət əhalini ələ almaq üçün antikorrupsiya kampaniyasına başladı, ancaq sonradan Suriya etirazçılara hücuma keçdi, misirlilər isə prezidentlərini qovub həbs etdilər. İndi Azərbaycanda düşünürlər ki, həbs elə də pis variant deyil», - Hüseynov əlavə edir.

Mayda Harvard Kennedi Məktəbinin məzunu, 29 yaşlı Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamıyla iki il həbs cəzası alıb. Müdafiəçiləri isə deyirlər ki, onun əsl cinayəti «Facebook» vasitəsilə hökumət əleyhinə nümayişlər təşkil etmək olub.

Başqa bir sosial media fəalı, 20 yaşlı Cabbar Savalanlı isə narkotik saxlama ittihamıyla 2.5 il cəza alıb. «Human Rights Watch» bu ittihamın saxta olduğunu deyir.

1911-ci ildə yaradılmış, beş üzvü həbsdə olan müxalif Müsavat Partiyasının sədri İsa Qəmbər deyir ki, sərvətlərə çıxışı olan hakimiyyətdəkilərlə orta aylıq gəliri 400 dollar olan əhali arasında ciddi fərqlər yaranıb:

«Bütün ölkə bir ailənin monopoliyasındadır. Bizdə təkcə sərbəst toplaşma azadlığı deyil, iqtisadi azadlıq da yoxdur».

HƏR YERDƏ HEYDƏR ƏLİYEV

Heydər Əliyev 1967-ci ildə Azərbaycan KQB-sinin, 1969-cu ildə respublika Kommunist Partiyasının rəhbəri olub. 1993-cü ildə - Azərbaycanın müstəqillik qazanmasından iki il sonra prezident seçilib. 2003-cü ildə oğlu İlhamı Baş nazir və varis edəndən sonra ölüb.

Bütün ictimai binalarda Heydərin portreti var, onun nüfuzedici baxışları şəhərdə çox lövhədə görünür. Ad günündə «Gül bayramı»na milyonlarla dollar xərclənir. Bayramlarda televiziyalar ekranlarının bir küncünə onun kiçik şəklini yerləşdirirlər.

Müstəqil siyasi təhlilçi Leyla Əliyeva deyir ki, hökumətin islahat təklifləri böyük və oturuşmuş bürokratiyaya təhlükə yaradır:

Bütün ictimai binalarda Heydərin portreti var, onun nüfuzedici baxışları şəhərdə çox lövhədə görünür
«Çoxları status kvonu saxlamaq üçün böyük riskə gedirlər».

Ölkə neft pullarını da cidd-cəhdlə xərcləyir, tələbələri xaricə oxumağa göndədir, bütün xərcləri ödəyir, iş yerləri yaratmaq üçün texnologiyanı inkişaf etdirir – «Orbital Sciences of Dulles» şirkəti ilə müqavilə əsasında süni peyk də işə salınacaq ki, İnternetə çıxış genişlənsin.

Rəsmilər bu işlərdən fəxrlə danışır, başqa ölkələrdən isə incik görünürlər. Parlament üzvü Səməd Seyidov deyir:

«Ermənistanda deputatlar həbsə düşür, ancaq heç kəs demir ki, onlarda siyasi məhbus var. Bizə isə deyirlər ki, bizdə siyasi məhbus var. Bu, ədalətli deyil».

«Bütün ölkələrin qüsurları var, ancaq xahiş edirik, digərlərini də görün». Bunu isə Prezident Administrasiyasında xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir.

«HƏR ŞEY DƏYİŞƏCƏK»

Qarşıdan isə 1956-cı il tarixli «Eurovision» müsabiqəsi gəlir.

Bu il 22 yaşı tamam olan, yarışmada Ell adıyla çıxış edən Eldar Qasımov saçı gelli universitet məzunudur. Nikki ləqəbli, 30 yaşlı, sarışın və gözəl, iqtisadçı dərəcəsi olan ev qadını Nigar Camalın isə 2 azyaşlı uşağı var. Onlar Bakıda «Eurovision»nın final mərhələsində görüşüblər. Azərbaycan onları duet kimi gördü və İsveçli komandaya «ooh-ooh-ooh» sözləri geninə-boluna işlənən bir mahnı yazdırdı.

Duetə deyəndə ki, millətin azadlıq və demokratiya ümidləri onlardan asılıdır, hər iki gənc diksinmiş kimi göründü.

«Bu, hər şeyi dəyişəcək» - News.Az agentliyinin baş redaktoru Elnur Baimov deyir:

«Taksi sürücüləri ingilis dili kurslarına gedir. Daha sonra polis gedəcək. Azərbaycan bütün dünyaya açılacaq».

Ola da bilsin ki, məsələ ancaq rok-n-roldadır, onlar bunu sevirlər.
XS
SM
MD
LG