Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:23

2 aprel məhbuslarından 6-nın istintaqı yekunlaşdı


2 aprel aksiyası
2 aprel aksiyası
İctimai Palatanın 2 aprel mitinqinə görə tutulmuş 13 nəfərdən 6-nın - AXCP fəalları Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazov, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrafilovun istintaqı başa çatıb.

Bu barədə AzadlıqRadiosuna vəkil Yalçın İmanov məlumat verib.

İstintaqın başa çatması haqda protokol müdafiə tərəfinə iyunun 13-də Bakı İstintaq Təcridxanasında təqdim olunub.

Vəkil deyir ki, bundan sonra həm təqsirləndirilən şəxslərin, həm də müdafiəçilərin iş materialları ilə tanışlığı başlayacaq.

Aprelin 2-də İctimai Palatanın «Fəvvarələr meydanı»nda keçirdiyi etiraz aksiyası ilə əlaqədar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb.

İndiyə qədər həmin aksiyada iştirak etmiş 13 nəfər həbs olunub.
XS
SM
MD
LG