Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:38

İsfahanda kütləvi zorlanma baş verib


İran polisi və dindarlar zorlanan qadınları günahkar sayır


Ötən ay İsfahan şəhərində keçirilən məclislərdən birində kütləvi zorlanma hadisəsi baş verib. Məclisdə iştirak edən 14 kişi oradakı qadınları zorlamaqda ittiham olunaraq həbs ediliblər.

Bu haqda AzadliqRadiosunun fars xidmətinə - Fərda Radiosuna İranın baş ittihamçısı Gholamhossein Mohseni Ejei məlumat verib. Məlumata görə, bu adamlar Xomeyni Şəhrdə keçirilən məclisdəki kişilərin hamısını bir otağa yığıb qapısını bağlayıblar. Sonra isə oradakı qadınları zorlayıblar.

İsfahan polis idarəsinin axtarış idarəsinin rəhbəri Hossein Hosseinzadeh zorlanmada qadınların özünün də günahı olduğunu bildirib: “Əgər orda iştirak edən qadınlar qaydaya uyğun olaraq hicabda olsaydılar, yəqin ki onlar təqibə məruz qalmazdılar”.

Sosioloq Mehrdad Darvishpour isə polisin belə bəyanat verməsini düzgün saymır. Onun sözlərinə görə, polis cinayətdə kimin günahkar olması haqqında belə nəticə çıxara bilməz: “Bu o deməkdir ki, polis zorlanan qadınların özünü günahkar sayır və deməli, onlar dəstək almayacaq. Deməli, kişilərə elə ixtiyar verir ki, hicabda olmayan, gözlərinə cəlbedici görünən paltarda olan qadınların zorlaya bilərlər”.

Xomeyni Şehrin Cümə Məscidinin imamı da zorlanan qadınları tənqid edib. Deyib ki, bu qadınlar kişiləri içkiyə və rəqsə dəvət etməklə onları təxribata çəkiblər. Ona görə də qadınların özlərinin də “cinayəti” araşdırılmalıdır.

Qeyd edək ki, iyunun 13-dən etibarən Tehranda ”Əxlaq təhlükəsizliyi” kampaniyası keçirilir. Polis işçiləri hicab taxılması və geyim qaydalarına nəzarəti gücləndirmək üçün şəhərin küçə və meydanlarında, parklarda, digər ictimai yerlərdə reydlər keçirirlər.

İran hüquq mühafizə qüvvələri komandanının canişini Ahmed Rza Raden deyib ki, patrul xidmətləri dar paltar geyən, çadra altından saçları görünən, it gəzdirən və ictimai asayişi pozan qadınlara qarşı tədbir görürlər. Həmçinin çarşab əvəzinə manto geyən, başına yaylıq bağlayan xanımlar da saxlanılır.

Reydlərdə minlərlə kişi və qadın polisi iştirak edir.
XS
SM
MD
LG