İctimai Palatanın iyunun 19-a təyin etdiyi aksiyadan əvvəl rayonlarda müxalifət fəallarının polisə aparılması barədə məlumatlar var.
İctimai Palatanın katibi Gülağa Aslanlı AzadlıqRadiosuna deyib ki, iyunun 18-i səhər saatlarında Müsavat Partiyasının Sabirabad və Xaçmaz rayon təşkilatlarının sədrlərini polisə çağırıb, xəbərdarlıq ediblər:
«Deyiblər ki, onsuz da Bakıya gedən yollar bağlanıb, heç kim Bakıya buraxılmayacaq, tək-tək hamı yoxlanacaq. Ona görə də buna cəhd etməyin».
BİR QRUP QAZAX SAKİNİ İSƏ POLİSƏ APARILIB.
Bu barədə AzadlıqRadiosuna polisə aparılanlardan Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Nizami Haqverdiyev məlumat verib:
«Biz 12 nəfər çayxanada oturmuşduq. Gəldilər ki, niyə yığılıbsınız. Onlar elə bildilər ki, biz mitinqə gedirik. Ona görə bizi polis şöbəsinə apardılar, məni söydülər, təhqir etdilər, 15 dəqiqə bizi incitdilər».
N. Haqverdiyev deyir ki, onunla bir yerdə olan 11 nəfərin Azərbaycandan kənarda işləməyə getdiyi aydınlaşandan sonra sərbəst buraxılıblar:
«İndi də məni zorla Qazax rayon gömrüyündən yola salırlar, Azərbaycandan kənarlaşdırırlar».
Qazax rayon Polis Şöbəsindən isə AzadlıqRadiosuna məlumatı təkzib ediblər.
İctimai Palata iyunun 19-da Bakının «Nərimanov» kinoteatrının qarşısında aksiya keçirmək istəyir.
Polis isə bildirib ki, istənilən qanunsuz aksiya cəhdinin qarşısı alınacaq.