Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:02

Yunanıstan ciddi büdcə kəsirlərinə gedir


Yunanıstanın Baş naziri George Papandreounun yeni kabineti parlamentin inamını qazanıb. İyunun 21-də parlamentdə çoxluq George Panpandreounun təklif etdiyi yeni kabinetə səs verib.

Panpandreou iqtisadi böhranla əlaqədar büdcə xərclərinin kəskin azaldılmasından yaranan narazılığı aradan qaldırmaq üçün yeni kabinetin tərkibini ötən həftənin sonu təqdim edib. Baş nazir Papandreou parlamentdə deyib ki, "ciddi büdcə islahatlarına getmək" Yunanıstanın "son şansıdır"

- Bu, bizim son şanımızdır. Əgər biz tərəddüd etsək, biz diz çöksək, biz qorxsaq, əgər biz çətin yolun ortasında bu şansdan imtina etsək, tarix bizi sərt mühakimə edəcək.

Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu 12 milyard avro yardım qarşılığında tələb edir ki, Yunanıstan büdcə xərclərinə qənaət edilməsinə yönəlik əlavə tədbirlərin görsün.
Gözlənir ki, gələn həftə parlament büdcə ixtisarlarına və iqtisadi islahatlara səs versin.

Hokumətin təklifləri kütləvi narazılıqlara səbəb olub.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso səsvermənin nəticəsini təqdirə layiq sayıb, amma yada salıb ki, parlamentin Avropa Birliyinin və BVF-nun yardımını alması üçün büdcə ixtisarlarını da dəstəkləməsinə ehtiyac var.
XS
SM
MD
LG