ABŞ Geoloji Tədqiqat idarəsi deyir ki, bu gün Yaponiyanın şimal-şərq sahillərində 6,7 bal gücündə zəlzələ baş verib. Dağıntılar və itkilər barədə məlumat verilmir.
Bu il martın 11-də Yaponiyada baş verən zəlzələ nəticəsində yaranan sunami 23 minə yaxın adamın həyatına son qoymuş, sənaye müəssisələrini dağıtmış, Fukushima atom elektrik stansiyasını zədələmişdi.