Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:23

Clinton Suriyanın Türkiyə sərhədi yaxınlığına ordu yeritməsindən narahatdır


ABŞ dövlət katibi Hillari Clinton Suriyanın Türkiyə sərhədi yaxınlığına ordu yeritməsindən, sərhəddə təhlükəli vəziyyətinin yarana biləcəyindən narahatlığını bildirib.

Yaranmış vəziyyətdən Türkiyə də narahatdır. Suriyanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Dünən Suriyadan Türkiyəyə daha bir neçə yüz nəfər qaçqın keçib. Bütövlükdə Suriyadakı hərbi əməliyyatlardan qaçanların sayı 11 minə çatıb.
XS
SM
MD
LG