Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:27

Kazan görüşü niyə nəticəsiz oldu?


Rasim Musabəyov
«Panorama» verilişində politoloqlar - deputat Rasim Musabəyov və Zərdüşt Əlizadə sualları cavablandırır.

Rasim Musabəyov:

«MƏNİM GÖZLƏNTİLƏRİM ÖZÜNÜ DOĞRULTMADI»

- Açığı biz əvvəlki görüşlərin nəticə verməməsini yada salsaq, Kazan görüşünün səmərə verməməsini adi qarşılamalıyıq. Ancaq biz bu görüş ərəfəsi səyləri nəzərə alsaq, Kazan danışıqlarının nəticə verməməsi bir qədər təəccüblüdür. Konkret Barak Obamanın hər iki prezidentə telefon zəngi olmuşdu. Dövlət Departamentində Rusiya XİN-nin bəyanatı olmuşdu. Avropa Birliyinin, ATƏT-in, AŞPA-nın tövsiyələri, səyləri var idi. Bundan başqa Fransa dövlət başçısının müraciəti də diqqət çəkən amillərdən idi. Bütün bunlar belə ehtimallar yaradırdı ki, Kazan görüşü nəticəsiz qalmayacaq. Bu gözləntilər və mənim gözləntilərim özünü doğrultmadı…

Zərdüşt Əlizadə:

- Mən Rasim bəylə razılaşıram və əlavəyə ehtiyac görmürəm.

- Belə isə Kazan görüşünün nəticə verməsinə nə mane oldu?

Zərdüşt Əlizadə:


«NƏ QƏDƏR Kİ, VASİTƏÇİ DÖVLƏTLƏR...»

- Qarabağ münaqişəsi yalnız Ermənistanla Azərbaycanın münaqişəsi deyil. Əslində Ermənistanın bu münaqişəni davam etdirməyə heç bir resursu yoxdur. Ona bu resursu vasitəçi dövlətlər verir. Nə qədər ki, vasitəçi dövlətlər Ermənistana resurslar verəcək, o, güzəştə getməyəcək. Danışıqlar Ermənistanın güzəştə getməməsi üzündən uzanır.

Rasim Musabəyov:

«BU MƏSƏLƏDƏ PUTİN İLƏ MEDVEDEVİN MÖVQELƏRİ FƏRQLİDİR»

Zərdüşt Əlizadə
- Rusiya münaqişənin həllinə birmənalı təsirlər göstərmir. Medvedev və Rusiya XİN-i elə bil münaqişənin həllinə səylər göstərir. Ancaq hərbi düşərgədən bunun əks siqnalları gəlir. Yada salaq ki, bu görüş ərəfəsində Rusiya parlamentində Ermənistandakı Gümrü bazasının müddətinin uzadılması ilə bağlı müzakirələr getdi. Orada bazadakı artıq silahların Ermənistana verilməsi təklifi eşidildi. Bax, bu, Ermənistanda kompromisə qarşı çıxan qüvvələrə əlavə dəstək idi. Və ya Rusiya silahlı qüvvələrinin Baş Qərargahında əməliyyat idarəsinin rəhbəri deyir ki, biz Qırğızıstanda gecikdik. Ancaq Qarabağda müharibə başlasa, öz borcumuzu ödəyəcəyik. Boş yerə demirlər ki, bu məsələdə Putinlə Medvedevin mövqeləri fərqlidir. Bundan başqa, münaqişənin həllində Rusiya mövqe qazanmaq istəyir. Yəni, onlar istəyir ki, məhz Rusiya silahlı qüvvələri Qarabağda sülhməramlı qüvvə qismində çıxış eləsin. Azad edilmiş ərazi MDB sərhədləri kimi qorunsun. Ən nəhayət, Ermənistan sülh masasının ətrafında separatçı rejimin təmsilçisini də otuzdurmaq istəyirlər...

Zərdüşt Əlizadə:

- Ermənistan referenduma çıxarılacaq məsələnin indidən müəyyən edilməsini istəmir. Onlar istəyir ki, gələcəkdə məsələ məhz Qarabağın müstəqilliyi kimi qoyulsun. Üstəlik, Ermənistan tərəfi referendumun vaxtının müəyyən edilməsini də istəyir. Bununla Azərbaycan razılaşsa, bu o deməkdir ki, Qarabağ hüquqi cəhətcən də itirilir. Azərbaycan isə buna getmir, öz şərtlərini irəli sürür. Nəticədə danışıqlar hələ ki, bir nəticə vermir...

- Onda nə etməli?

Politoloqların bu suala cavabını da eşitmək istəyirsinizsə, onda birbaşa söhbəti dinləyin.


MÖVZU İLƏ ƏLAQƏDAR OXU

Prezidentlər Kazanda bəzi razılaşma əldə etsələr də sənəd imzalaya bilməyiblər

Qarabağ danışıqlarından məcburi köçkünlər nə gözləyir?

Kazan görüşü ilə bağlı Bakı sakinlərinin və siyasətçilərin fikirləri

İlham Əliyev Baza Prinsiplərinin qəbul edilə biləcəyini deyir

L. Ter-Petrosyan: «Qarabağda 13 il əvvəlki istəklərimizi çətin ala bilərik»
XS
SM
MD
LG