Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:32

Novruz Məmmədov: «Ermənistan rəhbərliyi Azərbaycana böhtan atır»


Novruz Məmmədov
Novruz Məmmədov
Azərbaycan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə açıqlamasında Kazanda prezidentlərin heç bir saziş imzalamamasında Ermənistanı ittiham edib.

«Danışıqlar prosesi mürəkkəb komponentlərlə gedir. Lakin bir nəticə kimi müsbət qiymətləndirmək olar. Hər halda müəyyən məsələlərlə bağlı mövqelərdə bir yaxınlaşma hiss olunur. Buna görə də prezidentlər orda bir daha razılaşdılar ki, danışıqları davam etdirsinlər», - deyə Novruz Məmmədov bildirib.

Şöbə müdiri Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın Kazanda danışıqları Azərbaycanın pozmasına dair bəyanatını da şərh edib:

«O cür bəyanat bir daha göstərdi ki, Nalbandyan və yaxud Ermənistan rəhbərliyi əvvəlki kimi, öz məkrli təbliğat üsulundan əl çəkmək niyyətində deyil. Onlar yenə öz addımlarını Azərbaycanın üzərinə qoyurlar, Azərbaycana böhtan ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və aldadırlar».
XS
SM
MD
LG