Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:33

Azərbaycanı təmsil edən heykəllər…


Azərbaycanı təmsil edən heykəllər…
Gözlə

No media source currently available

0:00 0:53:48 0:00
Direct-ə keçid

«İşdən sonra» proqramında «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyasının rəhbəri Turan İbrahimov bu barədə fikirlərini bölüşürlər.

Turqut Qəmbər
«İşdən sonra» proqramında «Nida» Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər və «İlham Əliyev ilə sabitliyə və inkişafa dəstək» kampaniyasının rəhbəri Turan İbrahimov bu barədə fikirlərini bölüşürlər.

Turqut Qəmbər:

«Biz Azərbaycanı xarici ölkələrdə Azərbaycanda mövcud olan antidemokratik rejimin banisi - Heydər Əliyevin təmsil etməsinə qarşıyıq. Eyni zamanda, düşünürük ki, Misir xalqı inqilabi nailiyyətlərinə davam etməlidir və avtoritar Mübarək rejimindən qalmış qalıqların hamısını ölkədən çıxarmalıdır. Hazırda ancaq Misir hökumətinə müraciət etmişik. Serbiyada, Ukraynada, Gürcüstanda və Rumıniyada olan heykəllər də müzakirə mövzusudur…».

Turan İbrahimov:

«Bu məsələdə mən dözümlü ola bilmirəm. Bu məsələ birbaşa Azərbaycanın dövlətçiliyinin inkarının üzərində durur. Düşünürəm ki, məsələni bu cür qaldırmaq birbaşa Azərbaycanın müasir dövlətçiliyinin fundamentini baltalamaq deməkdir. Bu məsələni satqınlıq, qərəzlilik və ya kiməsə və nəyəsə qulluq etmək kimi qiymətləndirirəm. Bu, konkret Azərbaycan respublikasının suveren və müstəqil mövcud olmasını istəməyənlərə qulluq etməkdir. Azərbaycan öz iradəsini dünyaya diktə etməyə iddialı olan suveren dövlətdir. Belə fikirlər isə bəzi ölkələr tərəfindən Azərbaycanın müstəqilliyinə və suverenliyinə zərbə vurmaq üçün düşünülmüş alternativ təzyiq vasitəsidir. Müasir Azərbaycan respublikasının banisi Heydər Əliyevdir…».

Turan İbrahimov
Turqut Qəmbər:

«Heydər Əliyevin dövründə korrupsiyanın çiçəklənməsi, 6 rayonun işğalı, qeyri-azad seçkilərin keçirilməsi, ölkənin yarısının xaricə üz tutması kimi fəlakətlər baş veribsə, Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi adlandırmaq gülüncdür. Azərbaycan dövlətçiliyinin banisi birinci respublikanın baniləri - Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və digər bizim böyük şəxsiyyətlərimizdir. İkinci respublikada isə bu, Əbülfəz Elçibəydir və onun Milli Hərəkatla bağlı olan silahdaşlarıdır…».

Turan İbrahimov:

«Sizin atanız mehriban düşməni Əli Kərimli ilə ölkəni darmadağın edən anda Heydər Əliyev gəlib ölkəni yığıb-yığışdırdı. Bu, böyük şeydir. O həngaməni yığışdıranda, daha torpaq gedəcəkdi də. Azərbaycanın elə bir regionu yox idi ki, qalxıb deməsin ki, biz ayrıca dövlət yaratmaq istəyirik...».

Verilişi tam olaraq buradan dinləyin:


P.S. Bu debatın gedişində Axar.az portalının direktoru Taleh Şahsuvarlı studiyaya zəng edərək canlı efirə qoşulmaq istəyib. Lakin canlı yayım başa çatdığından onu müzakirələrə qoşmağa macal olmayıb.

Proqramın qonaqlarından biri - Turqut Qəmbərin efirdə dediyi sözlərlə razılaşmayan T.Şahsuvarlının fikirlərini lentə alaraq bu yazıya əlavə edirik. Maraqlananlar audionu dinləyə bilərlər.
XS
SM
MD
LG