Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:15

Mahmud Abbas Azərbaycandan nə gözləyir?


Mahmud Abbas
Mahmud Abbas

İyunun 28-də Azərbaycana səfərə gələn Fələstin prezidenti Mahmud Abbas prezident İlham Əliyevlə təkbətək görüşüb. Sonra isə hər iki tərəfin nümayəndələrinin iştirakı ilə geniş tərkibli danışıqlar aparılıb.

«AzərTac»ın məlumatına görə, görüşdə siyasi, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin vəziyyəti müzakirə edilib.

Fələstin liderinin 2 gün davam edəcək səfəri prezident İlham Əliyevin dəvəti əsasında həyata keçirilir.

«MAHMUD ABBAS ÇALIŞACAQ Kİ...»

Mahmud Abbasın Bakıya səfəri ilə bağlı Bakıda bir-neçə təhlilçinin fikirlərini təqdim edirik:

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu:
Mübariz Əhmədoğlu

- Mahmud Abbasın bu səfərində əsas məqsəd Fələstin dövlətinin 1967-ci il sərhədləri çərçivəsində tanınmasına Azərbaycandan dəstək qazanmaqdır. Fələstin rəsmiləri bu istiqamətdə hansısa bir sənədin imzalanmasına nail olmaq istəyirlər. Mahmud Abbas çalışacaq ki, Azərbaycan beynəlxalq aləmdə bu istiqamətdə onların xeyrinə təbliğat aparsın. Bundan başqa, Bakıdakı səfirliyə dəstək verilsin, həmçinin Fələstinə investisiya yatırılsın.

Ola bilsin Mahmud Abbas çalışacaq ki, Azərbaycan Fələstin-İsrail danışıqlarında bir vasitəçi olsun. Çünki Azərbaycanın imici hər 2 tərəf üçün pakdır. Heç bir tərəfin Azərbaycana tutacaq iradı yoxdur.

Məhz Mahmud Abbas özü şəxsən Azərbaycana gəldiyindən görünür, daha ciddi məsələlər var.

«AZƏRBAYCAN FƏLƏSTİNƏ ƏRZAQ GÖNDƏRƏ, MALİYYƏ KÖMƏYİ GÖSTƏRƏ BİLƏR»

Politoloq Zərdüşt Əlizadə:
Zərdüşt Əlizadə
- Fələstin dövləti BMT-nin qərarı ilə yaranıb. Amma hələlik Fələstin muxtariyyət kimi mövcuddur. Çünki Fələstini İsrail işğal edb. Zərdüşt Əlizadə hesab edir ki, Fələstini tanımaq, fələstinlilərin hüquqlarını müdafiə etmək dünyanın hər bir dövləti kimi Azərbaycanın da işi olmalıdır. Azərbaycan bunu etməsə, onun indiki dünyadan Qarabağ probleminin həllini tələb etməyə mənəvi haqqı olmaz.

Sadəcə onlarda vəziyyət çox gərgindir. Əgər onun vaxtı çox olsaydı və başqa vacib işləri olmasaydı bəlkə də Azərbaycana çoxdan gələrdi. Amma indi onlar ölüm-dirim mübarizəsi aparırlar, onları bir-birinə vuruşdururlar, onlara qarşı terror gedir, ac qoyurlar, mühasirədə saxlayırlar. Belə şəraitdə əlbəttə ki, Mahmud Abbasın Azərbaycanı ziyarət üçün vaxt tapması böyük şeydir.

Azərbaycan öz tərəfindən Fələstinə ərzaq göndərə, maliyyə köməkliyi göstərə bilər. Fələstinə sərmayə yatırılması da istisna deyil.

Amma Azərbaycanın Fələstinə ərazi probleminin həlli ilə bağlı hansısa vasitəçilik etməsi ağlabatan deyil. Vasitəçiliyi iri dövlətlər edə bilərlər. Məsələn, Amerika bu işdə vasitəçidir. Amma o da hələ ki, heç nəyə nail ola bilməyib. Təcavüzə məruz qalanla təcavüzkara eyni zamanda kömək göstərmək dügzün deyil.
XS
SM
MD
LG