Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:52

Clinton deyib ki, hər bir demokratiya ayağa qalxmalıdır


ABŞ Dövlət Katibi Hillari Clinton Belarus və Suriya liderlərini müxalif fikri boğmağa son qoymağa və “yaşamaq uğrunda mübarizə aparan yeni demokratiyaları etiraf etməyə” çağırıb.

Litvada demokratiya mövzusunda keçirilən beynəlxalq konfransda Clinton Yaxın Şərqdəki və Şimali Afrikadakı demokratik hərəkatlara dəstək olmağa çağırıb.

O deyib ki, hər bir demokratiya ayağa qalxmalıdır və onunla hesablaşmalıdırlar.

Clinton Belarusu siyasi məhbusları buraxmağa çağırıb. Suriya lideri Bəşər Əsədə isə xəbərdarlıq edib ki, nümayişçilərə qarşı zorakılığa son qomasa, daha mütəşəkkil müqavimətlə qarşılaşacaq.
XS
SM
MD
LG