Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:26

BQXK nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirə baş çəkib


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir Roman Hüseynova baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyindən «Trend»ə bildiriblər ki, əsirin saxlanma şəraiti, səhhəti öyrənilib.

Hərbi əsirə ailəsindən məktub çatdırılıb. Hüseynov da ailəsinə məktub yazıb.

Kiçik çavuş Roman Hüseynov 27 avqust 2010-cu il tarixdə əsir düşüb.

Martın 17-də BQXK-nın vasitəçiliyi ilə Azərbaycan erməni tərəfə mülki şəxs Artur Badalyanı təhvil verib. Əsirlikdə olan azərbaycanlı hərbi qulluqçu Anar Hacıyev isə Azərbaycana qaytarılıb.

Bir müddət əvvəl isə Azərbaycan əsirlikdə olan 3 erməni hərbçini onların razılığı ilə üçüncü ölkəyə göndərib.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
XS
SM
MD
LG