Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:32

Eynulla Fətullayev kimi Azərbaycana dəvət etdi?


Eynulla Fətullayev
Eynulla Fətullayev
«İşdən sonra» proqramında jurnalist Eynulla Fətullayev Strasburq demarşı, Azərbaycanın beynəlxalq təşkilatda üzvlüyünün ölkədə insan hüquqlarının perspektivinə təsiri barədə danışır:

«Mövcud vəziyyətin aradan qaldırılması üçün ən faydalı görüş Strasburqda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserlə oldu. Ştrasser bizə dedi ki, hökumət mənimlə işləməkdən imtina edir, məni Azərbaycana buraxmır. Mən ona təkliflə müraciət edərək dedim ki, Sizi dəvət etmirlərsə, biz Sizinlə birlikdə bir rəmzi aksiya keçirə bilərik. Mən Sizi Azərbaycana öz şəxsi qonağım kimi dəvət etməyə hazıram. Keçmiş siyasi məhbus olaraq Sizi Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi kimi dəvət edirəm. Biz burda konfrans keçirə bilərik və bu problemi Azərbaycanda aktuallaşdıra bilərik. Ən azı ictimai diqqəti bu məsələyə bir daha yönəldə bilərik. Mən dedim ki, sonra birlikdə siyasi məhbusların olduğu həbsxanalara gedərik. Qoy Sizi həbsxanalara buraxmasınlar. Mən artıq sabah ona dəvətnamə yollayıram. Bu, mənim şəxsi dəvətnaməmdir. Ştrasser Azərbaycanda mənim şəxsi qonağım olacaq. Lakin mütləq həbsxanalara yollanacağıq...».

Eynulla Fətullayev Tomas Yaqlanda nələri dedi?

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu ilə görüşdən niyə imtina etdi?


Bu sualların cavabını bilmək istəyirsinizsə, verilişi tam olaraq dinləyin:
XS
SM
MD
LG