Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Azərbaycanın yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb


İL-76
İL-76
İyulun 6-sı Bakı vaxtilə saat 02:10 radələrində Azərbaycanın «Silk Way» aviaşirkətinə məxsus İL-76 yük təyyarəsi Əfqanıstanın Pərvan əyalətində qəzaya uğrayıb.

Bu haqda «Trend»ə Azərbaycan Mülki Aviasiya Administrasiyası məlumat verib.

Məlumatda deyilir ki, əlaqə kəsilənə qədər təyyarənin ekipajından nasazlıq və ya qəza vəziyyəti haqda informasiya daxil olmayıb. Bu səbəbdən təyyarənin havada naməlum obyektlə toqquşduğu ehtimal olunur.

Bakı-Baqram marşrutu üzrə uçan təyyarədə 9 heyət üzvü və 18 ton yük olub.

***

Həlak olmuş heyət üzvlərindən 4-ü Azərbaycan, qalanları isə Özbəkistan vətəndaşlarıdır.

Bunu «Trend»ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov deyib.

***
Təyyarə NATO üçün hərbi yüklər daşıyırdı və Azərbaycandan Kabilin şimalında yerləşən Baqram hərbi bazasına uçurdu.

Kabil Beynəlxalq Hava Limanının prezidenti Məhəmməd Yaqub Rəsuli belə deyir. /Sinxua/

***

«Taliban» hərəkatının nümayəndəsi Zabiullah Mucahid əfqan kütləvi informasiya vasitələrinə deyib ki, Azərbaycanın yük təyyarəsini «Taliban» vurub. /Fars/

***

Qəzaya uğrayan yük təyyarəsi NATO-ya məxsus olmasa da, müqavilə əsasında beynəlxalq koalisiya qüvvələri (ISAF) üçün işləyirdi.

Bunu «Trend»ə ISAF-ın rəsmi nümayəndəsi mayor Tim Ceyms deyib.

***

«Azərbaycana məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının ilkin və əsas ehtimalı təyyarənin dağa çırpılmasıdır».

Bunu AzadlıqRadiosuna Azərbaycanın Pakistandakı səfirliyinin üçüncü katibi Çingiz Qəribli deyib:

«Biz mütəmadi Əfqanıstan rəsmiləri ilə əlaqə saxlayırıq. Yəqin ki, hadisə yeri araşdırılandan sonra konkret nə isə demək olacaq».

Səfirlik rəsmisi təyyarəni «Taliban»ın vurması barədə yayılan məlumatları da münasibət bildirib:

«Bu ehtimalı bəzi mütəxəssislər də irəli sürüb, amma bu, çox zəif ehtimaldır. Çünki həmin dağlıq ərazidə «Taliban»ın nüfuzu çox azdır».

***

Təyyarənin «qara qutu»ları artıq tapılıb.

Bu haqda «Trend»ə Pərvan əyalətinin qubernatoru Başar Salanqi məlumat verib.

***

«Silk Way» aviaşirkətinin məlumatında deyilir ki, uçuş zamanı təyyarədə texniki nasazlıq olmayıb.

Şirkət ekipaj üzvlərinin adını da açıqlayıb. 9 ekipaj üzvündən 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır.
XS
SM
MD
LG