Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:32

Prezidentin qardaşı öldürülüb


Əhməd Vəli Kərzai
Əhməd Vəli Kərzai
«France Presse» xəbər verir ki, Qəndəhar əyalətində Əfqanıstan prezidentinin kiçik qardaşı Əhməd Vəli Kərzaiyə (Ahmed Wali Karzai) sui-qəsd olub.

Ə. V. Kərzainin qətlə yetirilməsini «Reuters»ə Qəndəhar əyalətinin rəhbərliyi də təsdiqləyib.

Məlumatda deyilir ki, naməlum şəxs prezidentin qardaşına tapançadan atəş açıb. Onu evində öldürüblər.

Hələ ki, hadisənin təfərrüatları məlum deyil.

Ə. V. Kərzai Qəndəhar Əyalət Şurasının rəhbəri və ölkənin ən nüfuzlu şəxslərindən idi. Bəzi mətbuat orqanları onu narkobiznesdə ittiham edirdi.
XS
SM
MD
LG