Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:40

Müxalifətin «kölgə parlamenti»…


Sərdar Cəlaloğlu
«İşdən sonra» proqramında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və AXCP sədrinin müavini, İctimai Palatanın üzvü Fuad Qəhrəmanlı bu barədə fikirlərini bölüşürlər.

Sərdar Cəlaloğlu:

««Kölgə parlamenti» cəmiyyətdə bütün qüvvələrin orada təmsil olunmasına imkan yaradır. Fikir plüralizminin inkişafı, orda müəyyən mövqelərin aydınlaşması baxımından parlamentin imkanları daha böyükdür. «Kölgə parlamenti»ndə həm hüquqi, həm siyasi məsələlər müzakirə olunur. Ona görə «kölgə parlamenti» demokratik şüurun inkişafına daha böyük təkan verə bilər. İdeya reallaşarsa, onun fəaliyyətini düzgün tənzimləyə bilsək, həmin «kölgə parlamenti»nin içindən «kölgə kabineti» də çıxa bilər. Çünki böyük dövlətlərdə parlamentarizm anarxiyaya apardığı kimi, kiçik dövlətlərdə prezident üsul idarəsi diktaturaya gətirib çıxarır. Ona görə Azərbaycan kimi kiçik ölkələrdə parlamentar üsul idarəsi vacibdir…».

Fuad Qəhrəmanlı:

Fuad Qəhrəmanlı
«İctimai Palata yaradılarkən bu məsələ müzakirə olunmuşdu. Həmin vaxt «kölgə parlamenti» əvəzedici bir struktur kimi təklif olunmuşdu. Ancaq məntiqi bir problem ortaya çıxdı ki, hər bir parlament seçkili əsasda formalaşır. Biz bunu «kölgə parlamenti» adı ilə təqdim ediriksə, ilk növbədə bunun mandatı məsələsi sual yaradır. Bir dairədən kim parlamentə düşə bilər, kim düşə bilməz. Bu təmsilçilik məsələsi kifayət qədər mübahisəlidir. Eyni zamanda, bunu alternativ parlament kimi təqdim etmək mümkün deyil. Müxalifət hakimiyyətə gəlsə belə, yenə parlament seçki ilə formalaşacaq. Parlamentə kimin düşəcəyini artıq seçki müəyyən edəcək. Bunu bəri başdan «kölgə parlamenti» kimi müəyyənləşdirib, cəmiyyətə təqdim etmək mümkün deyil. Bu baxımdan, biz İctimai Palata formatına üstünlük verdik...».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG