Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:53

Həbs edilmiş norveçli hadisənin səbəbini açıqlamaq istəyir


Cümə günü Norveçdə törədilmiş silahlı hücum və partlayışda ölənlərin sayı 91-ə çatıb.

Son məlumata görə yaraqlının hakim Əmək Partiyasının gənclər düşərkəsini atəşə tutması nəticəsində 84 adam ölüb..

Bundan bir neçə saat əvvəl Osloda hökumət binalarının yerləşdiyi kompleksin ətrafında törədilmiş partlayışda isə 7 adam ölüb.

Polis hesab edir ki, hər iki partlayışı eyni şəxs tötədib.

Yerli kütləvi informasiya vasitələri həbs edilən şübhəlinin Anders Berinq Breyvik (Anders Behring Breivink) adlı şəxs olduğunu xəbər verirlər.

Amma polis hələlik bu məlumatı təsdiqləməyib.

Adadakı şahidlərindən biri Hana Barzinqi atəş açanın polis formasında olduğunu deyir.

Polis hazırda istintaq getdiyini və həbs edilmiş 32 yaşlı norveçlinin hadisənin səbəbinə aydınlıq gətirmək istədiyini deyir.

Polis həmçinin onun sağ meyilli "xristian fundamentalist" olduğunu deyir.

Norveçin baş naziri Yens Stoltenberq (Jens Stoltenberg) hadisəni milli faciə adlandırıb.
XS
SM
MD
LG