Ankara ötən il Qəzzə sahilində Türkiyə gəmisinin zəbt edilməsi və reyd zamanı Türkiyə vətəndaşlarının ölümünə görə İsrailin üzr istəməsini təkid edir.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstin nümayəndələrilə görüşərkən deyib ki, İsrail bu insidentə görə üzr istəməyincə,ölənlərin ailələrinə kompensasiya ödəməyincə və Qəzzədən blokadanı götürməyincə onunla münasibətlərin normallaşması mənasızdır.
İsrail hökuməti həmin vaxt 9 Türkiyə vətəndaşının ölümünə görə təəssüf bildirsə də üzr istəməkdən imtina edir.
İsrail hökuməti deyir ki, hərbçilər həmin vaxt yalnız özünümüdafiə məqsədilə atəş açıb.