Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:07

Norveçdəki hücumların ikisini də 32 yaşlı Breivik boynuna alır


Anders Behring Breivik
Anders Behring Breivik
Norveç hökuməti Breivik Geofarm kənd təsərrüfatı şirkətinin direktoruna – Anders Breivikə qarşı ittiham irəli sürüb, «terrorizm və terrorçu fəaliyyəti» maddəsi ilə iş açılıb.

Norveç Cinayət Məcəlləsinə görə, o 21 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Breivik iyulun 22-də Norveç paytaxtında dalbadal törədilən və 93 nəfərin həlak olduğu iki terror hücumunda gühakar bilinir. O, Osloda hökumət binasının yerləşdiyi məhəllədə və Utoyyada sosial-demokrat gənclərin yay düşərgəsində terror törətməkdə ittiham olunur.

Terrorçu tək olmayıb (VİDEO)

Norveç polisi deyir ki, terror törətməkdə şübhəli bilinən ikinci şəxs haqda məlumat yoxdur. Amma onlar bir neçə versiya üzərində işləyirlər.

Breivikin vəkili Qeyr Lippestad deyir ki, Breivik günahını etiraf edib. Dindirmə zamanı o öz hərəkətini «vəhşi, amma əsaslandırılmış» adlandırıb.

Norveç. Osloda terror qurbanlarının xatirəsi yad edilir
Vəkilin dediyinə görə, Breivik bazar ertəsi başlamalı olan məhkəmə dinləmələri zamanı öz hərəkətləri ilə bağlı daha ətraflı danışmaq istəyib. Dinləmələr zamanı onun həbs müddətinin artırılması haqda qərar da verilməlidir.

Norveç mətbuatı Breivik haqda bəzi məlumatlar əldə edib.

O hərbi xidmətdə olub, Osloda Kommersiya məktəbində oxuyub.

Atıcılıq klubunun üzvü olub. Onun adına bir neçə silah qeydə alınıb.
Son illər bir neçə şirkət yaratsa da, tezliklə onları bağlayıb. Onlardan biri də 2009-cu ildə yaradılmış, tərəvəz yetişdirməklə məşğul olan Breivik Geofarm şirkətidir.

Norveçli jurnalistlər aydınlaşdırıblar ki, Breivik əvvəllər mühafizəkar Tərəqqi Partiyasının üzvü olub. Bu Norveç parlamentindəki ikinci böyük partiyadır.

Keçmiş partiyadaşları Breiviki sakit adam kimi qələmə verirlər.

Siyasi kumirinin Britaniyanın keçmiş naziri Uinston Çörçil və İkinci Dünya Müharibəsində Norveç müqavimətinin qəhrəmanı Maks Manusun olduğu deyilir.

İmmanuil KantAdam Smit sevimli yazarlarıdır.

Keçmiş məktəb yoldaşı Mikael Tomal isə deyib ki, o Breivikin terrorçu olması haqda deyilənlərdən şoka düşüb. Çünki onu həmişə məktəbdə hamının ələ saldığı uşaqları müdafiə edən biri kimi tanıyıb.


XS
SM
MD
LG