- İndi demək olmaz ki, yatırım üçün kimsə gedib qızıl onluqlar alır, O, babalarımızın dövründə idi, küpəni qızılla doldururdular.
Qızıl ticarəti ilə məşğul olan Zülfi Musayev babaların dövrünü nahaqdan xatırlamır, deyir, dünya bazarında qızılın qiymətinin qalxması yerli bazara elə təsir edib ki, indi adamlar yalnız məcbur olanda zinət əşyalarına üz tuturlar.
Bakının mərkəzində yerləşən qızıl ticarət mərkəzlərinin birində Zülfi Musayevlə söhbət ərəfəsində ona yaxınlaşıb brilyant qaşlı, ağ qızıldan olan nişan üzükləri ilə maraqlanırlar. Biri 350 manatadır, Zülfü Musayev deyir ki, indi Bakı sakinləri ağ qızıla meyl göstərir, amma ağ qızılla sarı qızılın qiymətində elə fərq yoxdur.
Müsahibim deyir, bir gözü internetdə olur, tez-tez dünya birjalarında qızılın qiymətində gedən dəyişiklikləri izləyir. Sözlərinə görə, qızılın qiymətindəki cüzi dəyişiklik belə özünü yerli bazarda biruzə verir:
- Birjanı izləyirdim, bir günün içində qızılın unsiyası 1531-dən 1590 dollara qalxdı. Bir günün içində 60 dollar fərq elədi.
QIZIL ALANLARIN SAYI AZALIB
Qızılın bahalaşması zərgərlik məmulatlarının çeşidini azaltmasa da, alıcıların sayına təsir göstərib. Bunu satıcı Könül Bayramovadan eşitdik. Onun sözlərinə görə, qiymətlərin kəskin qalxması alıcıları uzaq salıb:
- Satış da çox zəifləyib, 4-5 dəfə aşağı düşüb. Məsələn, əvvəl ay ərzində 30 min mal satırdıqsa, indi 6-7 minlik mal satırıq.
- Tələbatın azalmağı fonunda necə, qiyməti aşağı salmaq mümkündürmü?
- Yox, çünki dünya bazarı ilə ayaqlaşırıq. Gərək real qiymətə verək ki, yenidən mal ala bilək. Amma bacardığımız qədər qiymətdə endirim edirik ki, mal da üstümüzdə qalmasın.
Piştaxtalarda şüşə altında bərq buran brilyantların, tamaşasına bir cüt göz gərək qızıl məmulatlarının yanından laqeyd ötmək çətin olsa da, qiymətlərin orta statistik azərbaycanlının cibinə uyğunsuzluğu da o dəqiqə diqqəti cəlb edir. Könül Bayramova deyir ki, ən ucuz brilyant qaşlı üzüyün 300, ən bahalısının 3 min manat qiyməti var. Brilyant qaşlı, ağ qızıldan boyunbağı dəstinin isə ən ucuzunun 2000, ən bahalısının 15-20 min manat qiyməti var. Satıcı Könül deyir ki, az-az olsa da, 15-20 minlik mala da alıcı tapılır.
Söhbət etdiyim digər qızıl satıcılarından da ancaq giley eşitmək olar. Əvvəlcə məni müştəri bilib canfəşanlıq elədilər, amma məqsədimi duyunca narazı tonda «görmürsünüzmü, ətrafda müştəri yoxdur, burda mürgü döyürük, əvvəlki alıcı bolluğu yoxdur» söylədilər.
«BANKDAN BORC GÖTÜRDÜK Kİ, QIZIL ALAQ»
Bakı sakini Nuriyyə Məmmədova xatırlatdı ki, ötən il 400 manata aldığı üzüyü bu il 600 manata görüb:
- Hansı qadın qızıla laqeyd qalar? Amma qiymətlər elə qalxıb ki, heç yaxın da düşmək mümkün deyil.
Bu yaxınlarda oğluna nişan aparacağını deyən Səriyyə Əliyeva isə güc-bəla ilə 2300 manata bir boyunbağı dəsti tapdığını danışır. Deyir ki, onlar bankdan borc pul götürməyə məcbur olublar, çünki ailəyə daxil olan vəsait dolanışığa güclə çatır:
- Bir üzüklə mən necə qapı döyüm? Adətimiz var, gərək gəlinə qızıl hədiyyəsi aparasan. Qızıl ucuz olanda adamın ağlına heç gəlməzdi ki, qiymət gəlib bu yerə çata.
UCUZLAŞMA OLACAQMI?
İqtisadçı Samir Əliyevin fikrincə, Azərbaycanın qızıl bazarı 100 faiz idxaldan asılı olduğu üçün dünya bazarındakı proseslərdən asılıdır:
- Azərbaycanda qızıl istehsal olunur, amma həcmi azdır, ona görə də yerli bazara təsir etmək imkanları yoxdur. Dünya bazarında qızılın qiyməti getdikcə artır, proqnozlara görə hələ qalxması davam edəcək. Çünki dollar ucuzlaşır, investorlar yatırım kimi qızıl almağa üstünlük verir.
Samir Əliyev deyir, Azərbaycanda əhali arasında daha çox zərgərlik məmulatları populyardır, nəinki qızıl külçələr. Ekspertin fikrincə, azərbaycanlılar yatırım kimi də zinət əşyaları almağa üstünlük verirlər. O, bunu milli adət-ənənəylə izah edir. Deyir, banklarda çox az adam qızılı əmanət kimi saxlayır.
Samir Əliyev hesab edir ki, qızıl bazarında qiymətlərin tezliklə ucuzlaşacağını gözləmək yersizdir və yerli bazarda da bu tendensiya özünü göstərəcək.
Bəs Azərbaycan hökuməti yerli bazarda qiymətlərin ucuzlaşmasını, məsələn, taxıl kimi stimullaşdıra bilərmi? Samir Əliyev bunu real saymır:
- Çünki qızıl taxıl kimi strateji məhsul deyil, vətəndaşların sosial vəziyyətinə təsir edən amil deyil.
Dünya bazarında qızılın qiymətinin qalxmağına səbəb kimi Avropada və ABŞ-da maliyyə böhranları göstərilir. Amma ekspertlər xəbərdarlıq edirlər, maliyyə problemi həll olunduğu təqdirdə yüksək qiymətə qızıl alan investorlar zərərə düşə bilər.
Mərkəzi Bankdan AzadlıqRadiosuna verilən məlumata görə, Azərbaycanda bu gün üçün qızılın unsiyasının qiyməti 1268.8564 manatdır. Yəni təxminən 1269 manat.