Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:19

Konqresdə xərclərlə bağlı layihənin səsə qoyulması təxirə salınıb


ABŞ Nümayəndələr Palatası xərclərin azaldılması və xərc limitinin artırılmasını nəzərdə tutan planını səsə qoymağı təxirə salıb. Qanun layihəsi Konqresin aşağı palatasının spikeri John Boehner(Con Beyner) tərəfindən təklif olunub. Qərar respublikaçılar arasında fikir ayrılığı ilə əlaqədardır.

Senatda üstünlükdə olan demokratlar qanun layihəsinin əleyhinə səs verəcəklərini bildiriblər.

Prezident Barak Obama da veto hüququndan istifadə edəcəyinə işarə vurub.

Əgər qanunvericilər avqustun 2-nə kimi dövlət xərcinin mümkün həddini artırmasa hökumət xərclərini ödəyə bilməyəcək və tarixdə ilk dəfə ABŞ-da defolt yarana bilər.
XS
SM
MD
LG