Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:22

Suriyanın Hama şəhərində azı 57 adam öldürülüb


Arxiv foto
Arxiv foto
Suriyanın Hama şəhərində azı 45 mülki sakinin öldürüldüyü xəbər verilir.

Suriya hakimiyyəti bu gün sübh teztən şəhərə ordu yeridib.

Şəhər təxminən 1 ay idi ki, mühasirədəydi.

Deyr əl Zor şəhərininin minaatanlardan atəşə tutulması nəticəsində isə azı 6 nəfərin öldüyü xəbər verilir.

Suriyanın İnqilab Koordinasiya İttifaqı 57 əsgər və 2 zabitin nümayişçilərin tərəfinə keçdiyini xəbər verir.

Məlumatlara görə yerli sakinlər barrikadalar quraraq hərbçilərə müqavimət göstərirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində ölkədə 1800-dən çox adamın öldürüldüyünü deyirlər.
XS
SM
MD
LG