Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:07

Hosni Mubarak ona qarşı irəli sürülmüş ittihamları rədd edib


Misirin keçmiş prezidenti Hosni Mubarak və onun 2 oğlu bu gün Qahirədə başlanan məhkəmə prosesində onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.

Hosni Mubarak, onun 2 oğlu və keçmiş rejimlə bağlı olan daha 7 yüksək səlahiyyətli məmur və zabit korrupsiya və bu ilin fevralında yüzlərlə dinc nümayişçinin öldürülməsində ittiham olunurlar.

Günahı sübuta yetirilssə, Mubarakı ölüm hökmü gözləyir.

83 yaşlı Mubarakı məhkəmə zalına xərəkdə gətiriblər.

Məlumatlara görə məhkəmə zalının ətrafında Mubarakın tərəfdarlarıyla əlehdarları arasında qısa qarşıdurma yaranıb.
XS
SM
MD
LG