Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Naxçıvanda jurnalistə qarşı cinayət işi açılıb


Həkimeldostu Mehdiyev
Həkimeldostu Mehdiyev
Avqustun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnistitutunun (RATİ) Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyevə qarşı cinayət işi açılıb. O, 1050 manat 18 qəpiklik elektrik enerjisinin talanmasında ittiham olunur. Jurnalistdən yaşadığı Şərur rayonunun ərazisini tərk etməmək barədə iltizam da alınıb. Bu barədə onun özü AzadlıqRadiosuna məlumat verib.

H. Mehdiyev deyir ki, ona təklif olunan dövlət hesabına ayrılan vəkildən imtina edib və müdafiəsini özü edəcək:

«Bakıdan bura heç kim gəlmir, hamısı rejimin əməllərindən qorxduğu üçün gəlmir, məcburuq özümüz müdafiə edək. Daha sonra ittiham oxunandan sonra ifadə almaq istədilər, yazılı şəkildə bildirdim ki, qərəzli araşdırmanızdan bezmişəm və məhkəməyə kimi suallarınıza cavab verməyəcəyəm. Ssenarisi çoxdan qurulmuş prosesdir. Müstəntiq sanki icra hakimiyyətinin orqanıdır, onun əmrini yerinə yetirir».

18 gündür işıqsız qaldıqlarını deyən H. Mehdiyev yerli hakimiyyət evlərinin yanındakı avtoyumada elektrik enerjisindən qanunsuz istifadə təqsirləndirilir. Özü isə bu ittihamı əsassız sayır:

«Hər ay prokurorluq, polis, müstəntiqlər işıq nəzarətçiləri ilə birgə evləri addım-addım gəzir, bir gün işıq pulu, qaz pulunu verməyənin işığını, qazını kəsirlər. Yəni Naxçıvanda belə bir şərait var. Bunlar isə deyir ki, bir il yarımdır ki, işıq pulu vermirsən. Mənim sübutlarım var, qəbzlərim. Axırıncı aya qədər işıq pulunu ödəmişəm».
XS
SM
MD
LG