Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:20

Atom elektrik stansiyasına görə 3 vəzifəli şəxs işdən çıxarılıb


Yaponiyanın Fukushima Daiichi atom elektrik stansiyasında baş verən qəza ilə əlaqədar 3 yüksək vəzifəli məmur işdən çıxarılıb.

Ticarət və Sənaye naziri Banri Kaieda istefaya göndərilənlərin Yaponiyanın enerji agentliyinin rəhbəri, nüvə və təhlükəsiz sənaye agentliyinin başçısı və ticarət nazirinin müavini olduqlarını deyib.

Yaponiya hökuməti Fukushima Daiichi stansiyasında lazımi operativlik göstərmədiyinə görə tənqid olunur.

Stansiya martın 11-də zəlzələ və ardınca baş verən sunamidə qəzalı vəziyyətə düşüb. Bu, Çernobıl qəzasından sonra dünyanın ən böyük nüvə təhlükəsi hesab olunur.
XS
SM
MD
LG