Kiyevdə keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə qarşı aksiyalar davam edir.
Məhkəmə binasının qarşısında 20-yə yaxın çadır qurulub.
Məhkəmə Timoşenkonun ölkəni tərk etməmək şərtiylə azadlıqda qalması barədə hökmü dünən həbslə əvəz edib.
Qərara qarşı çıxan Timoşenkonun rəhbərlik etdiyi “Batkivşina” partiyası etiraz aksiyalarına başlayıb.
Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Ukrayna hakimiyyətini Timoşenkonu təcili azad etməyə çağırıblar.
Avropa Parlamentinin sədri Eji Buzek (Yerzy Buzek ) həbsin siyasi motivli olduğunu deyir.
Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiyayla qaz müqaviləsi imzalayarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.