Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:28

İranda senzuranı qıran 5 yaşlı Farnood


Beş yaşlı Farnood (Sağda)
Beş yaşlı Farnood (Sağda)
«MƏN Pİ-PİMİ ÖZÜM YUYURAM»

Onun adı Farnoodur. Beş yaşında olar. Heç kim onun soyadını bilmir.
Hamı onu Farnood Doğruçu, Farnood Həqiqətpərəst deyə çağırır, o internet dünyasında fenomenə çevrilib.

Hər şey ondan başlaylıb ki, bu günlərdə İran dövlət televiziyasında canlı yayımlanan uşaq şousunda aparıcı iştirakçılara sual verib. Onlardan xəbər alıb ki, hansı işi müstəqil özləri görə bilirlər. Balaca Farnood suala cavab vermək üçün canfəşanlıq edib.

O canlı yayımda cinsiyyət orqanını özünün yuduğunu deyib:

«Mən pi-pimi özüm yuyuram».

«Sən neynirsən? Sən paltaryuyan maşını özün işə salırsan? Yox, yox, yox» deyən aparıcı mövzunu dəyişməyə çalışıb. Doğru və tabunu qıran cavabdan açıq-aşkar pis vəziyyətə düşən aparıcı bundan sonra Farnooddan uzaqlaşıb.

Yeri gəlmişkən, İran dövlət televiziyasında həssas sayılacaq bütün məsələlər senzuraya məruz qalır.

FARNOODUN 23 MİNLİK FANI VAR

Həmin hadisənin videosu YouTube-da yerləşdirilib. Elə bundan sonra da İran kiberaləmində hitə çevrilib. Farnood özü isə doğrunu danışan internet qəhrəmandır.

Onun fanları deyirlər ki, Farnood aparıcıya qarşı çıxıb, həmin aparıcı isə dövlət senzurasının simvolu kimi görünür.

Tabunu qıran balaca oğlanınsa Facebookdakı «Farnood Truthful» səhifəsində 23 mindən artıq fanı var.

FACEBOOKA GƏLƏN ŞƏRHLƏRDƏN

Balaca Farnood tez zamanda rejimi dəstəkləməyən iranlılara məyusluqlarını ifadə etmək, hətta buna gülmək imkanı verdi.

Bir qadın Facebook səhifəsində belə yazır:

«Bir yanda dürüst balaca bir oğlan var. O biri yandasa yalan danışan mənfur bir qadın. Onlar üz-üzə gəliblər, bu da İran xalqının gerçəyidir. Doğru yalana qarşıdır. Farnood iranlılar arasında ona görə populyarlaşdı ki, o dürüstdür».

Oxşar şərhlərin basırıqlıq yaratdığı səhifəyə xoş olmayan zarafatlar da var. Çoxu İran rəsmilərinə staşır, onları ələ salır.

İRANIN KƏŞFİYYAT NAZİRİNDƏKİ FAKTLAR

Farnoodun fanlarından biri sarkazmla yazır:

«İranın kəşfiyyat naziri deyib ki, Farnoodun pi-pisini özünün yuması faktı keçən seçkilərdən sonrakı narazılığın başlıca amillərindən biridir. Farnoodun Mossad və Mərkəzi Kəşfiyyar İdarəsindən pul almasını sübut edən dəlillər var».

Bu cür ittihamlar İran İslam Respublikasında fəallara və intellektuallara qarşı irəli sürülür.

Başqa cür düşünənlər də var:

«Suriya xalqı demokratiya naminə tanklar və güllələrlə üz-üzə durur. Bizsə özümüzə gülürük. Farnood da bizlərdən biridir. Əgər bu səhifədki fanlar repressiyalardan yazsaydılar, ölkəmizdə hər şey fərqli olardı», istifadəçilərdən biri belə yazır.

Başqa biri ona belə reaksiya verib ki, gülüş doğuran olan «senzura, yalan və riyakarlıqdır».

FARNOOD CİZGİ FİLMİNDƏ

Farnood hətta məşhur cizgi filmi rejissoru Mana Neyestanini də ruhlandırıb. Onun son filmlərindən birində yaşıl köynək (yaşıl müxalifətin rəmzidir) geymiş balaca oğlan təhlükəsizlik qüvvələrinin nümayəndəsindən xəbər alır: «Mübarəkdən (Misirin keçmiş prezidenti Hüsnü Mübarək nəzərdə tutulur) sonra sırada kimdir?»

«Sən paltaryuyan maşını özün işlədə bilirsən? Yox, yox, yox…» deyə
keşikçi cavab verir və açıqca görünür ki, sualın sətiraltı mənasından narahatdır.

Sayta hazırladı: Şahnaz Bəylərqızı
XS
SM
MD
LG