Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:43

İsrail «Eurovision 2012» mahnı müsabiqəsində iştirak edəcək


Foto: Arxiv
Foto: Arxiv
İsrailin Yayım Orqanı - IBA 2012-ci ilin mayında Bakıda keçiriləcək «Eurovision» mahnı müsabiqəsində iştirak etmək qərarı verib.

Bu haqda İsrailin «Ma'ariv» qəzeti yazır.

Bundan əvvəl mahnı müsabiqəsində İsrailin iştirakı sual altında idi.

«Eurovision -2012» məşhur yəhudi bayramı Şavuotla eyni günə təsadüf edəcək. Bundan başqa, İranla sərhədə malik Azərbaycana İsrailin nümayəndə heyəti göndərməsi təhlükəsizlik baxımından mürəkkəb məsələdir.

İsrail Yayım Orqanındakı mənbə isə qəzetə bildirib ki, «bizim təhlükəsizliklə bağlı hər yerdə problemlərimiz var. Lakin biz müsabiqədə iştirak etmək istəyirik».
XS
SM
MD
LG