Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:55

Verilən bəyanatlara baxmayaraq, dünya birjalarında eniş davam edir


ABŞ-ın kredit reytinqinin düşürülməsi və avrozonada borc bohranının yayılması riskinin artmasından sonra dünya liderlərinin birjaları sakitləşdirmək üçün verdikləri bəyanatların xeyri olmayıb. Bu gün səhər Asiya və Avropa birlajaları bir qədər özünə gəlmişdi, ancaq sonrada yenidən səhmləri nqiyməti ucuzlaşmağa başlayıb.

ABŞ Maliyyə naziri Timothy Geithner bildirib ki, “Standard and Poor's” reytinq şirkətinin onların reytinqini AAA-dan AA+ a salması çox ağır qərardır. ABŞ-ın borclarının hesablanması zamanı 2 trilyon dollarlıq səhvə yol verilib.

Avropa Mərkəzi Bankı isə bildirib ki, investroaların avroya olan güvənini bərpa etmək üçün avrozananın borc öhdəliklərini – bondları almağa hazırdırlar. Buarada avrozonanın 3-cü və 4-cü iqtisadiyyatı olan İtaliya və İspaniyanın daxili borcları üzündən müflis olacağı riski var.
XS
SM
MD
LG